Hamiləlik dövründə üçölçülü ultrasəs müayinəsi

Hamiləlik dövründə üçölçülü ultrasəs müayinəsi

Опубликовано в: BLOQ | 2019-06-29
Hamiləlik dövründə üçölçülü ultrasəs müayinəsi
Ultrasəs müayinəsinin yeni üsullarından biri hesab edilən üç ölçülü ultrasonoqrafiya son illər ərzində mamalıq- ginekologiya təcrübəsində uğurla istifadə edilir. Adi ultrasəs müayinəsində olduğu kimi 3 D rejiminin ziyansız olması bu müayinənində dölün inkişafını izləmək üçün geniş imkanlar yaratdı. Müayinənin əsasında alınan nəticələr dölün bir çox orqanlarında, əsasəndə üz-sifət strukturlarında, onurğa sütununda və ətraflarda baş vermiş inkişaf qüsurlarını daha dərindən öyrənmək imkanı yaradır. Üç ölçünün bir arada istifadə edilməsi çox inkişaf qüsurlarını aşkar edilməsi üçün ideal bir vasitədir. Bundan əlavə 3 D rejimində aparılmış ultrasəs müayinəsi hamilə qadınlara onun gələcək körpəsini yüksək keyfiyyətli fotoşəkillərini əldə etmək və real zamanda dölün hərəkətlərini izləmək imkanı yaradır.

Müəllif: USM Həkimi - Dr. Mahirə Abdullayeva (Həsənova)


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan