Qida allergiyası

Qida allergiyası

Опубликовано в: | 2019-06-29
Qida allergiyası
Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir.
Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür. Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır. Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır. Yerfındığına qarşı allergiyası olanlarda paxlalılar fəsiləsinin digər məhsullarına – məsələn, noxud, soya paxlası, mərcimək və s. qarşı da allergiya ola bilər. Yemişə qarşı allergiyası olanlarda zamanla xiyar və balqabağa qarşı da allergiya yarana bilər. Həmin qayda ilə krevetlərə allergiyası olanlar yengəclərə (krablara) qarşı da həssaslaşırlar.

Müəllif: "Allerqoloq-immunoloq" Dr. Günel Məmmədova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan