Pollinoz çox yayılmış allergik xəstəlikdir. Bu xəstəlik zamanı insanın nəfəs yollarında, gözlərində, dərisində kəskin allergik iltihab inkişaf edir.
- Xəstələrdə bu kimi simptomlar əmələ gəlir:
- allergik rinit (zökəm). Allergik rinit zamanı burunda qaşınma, göynəmə hiss olunur, xəstə tez-tez asqırır, xəstənin burnundan selik axır. İltihab udlağa, traxeyaya yayılır - nəticədə boğazda göynəmə və qaşınma hiss olunur.
- allergik konyuktivit (gözlərin selikli qişasının iltihabı). Allergik konyüktivit gözlərin qızarması, qaşınması, gözlərin sulanması ilə müşayiət olunur.
- dəridə səpgilər.
- Pollinoz həmçinin öskürək, döş qəfəsində ağırlıq hissi, nəfəsalmanın çətinləşməsi kimi ağır simptomlarla müşayiət oluna bilər.
- Pollinozdan əziyyət çəkən insan özünü zəif hiss edir, tez yorulur, əsəbi olur, diqqət və iş qabiliyyəti azalır.
Nadir hallarda pollinozla bağlı olan iltihab həzm, ürək-damar, sidik ifrazı, sinir sistemində də inkişaf edə bilər.
Müəllif: "Allerqoloq-immunoloq" Dr. Günel Məmmədova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir