Qaraciyər piylənməsi nədir?

Qaraciyər piylənməsi nədir?

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-06-28
Qaraciyər piylənməsi nədir?

Qaraciyər piylənməsi cəmiyyətin ciddi tibbi-sosial və ekonomik  problemidir. O, qaraciyərdə artıq miqdarda piyin toplanması (5% və ondan artıq) nəticəsində baş verir. Xəstə müalicə olunmadıqda qaraciyərin piy distrofiyası steatohepatitə, fibroza və qaraciyər sirrozuna kimi irəliləyə bilər. Hesab edilir ki, 2025-ci ildə planetin yaşlı əhalisinin yarısı piylənmədən əziyyət çəkəcək. Hal-hazırda dünyada 1 millyarddan çox insan piylənmədən əziyyət çəkir (ÜST, 2010 il): Qərbi Avropa: 10-20% kişi və 20-25% qadın; şərqi Avropa: 35%; ABŞ: 35% qadın, 31% kişi və 25% uşaq; Yaponiya: 16%; Çin: 25%; Rusiya: 30% əhali.



Qaraciyər piylənməsinin səbəbləri hansılardır?

  • Müxtəlif səbəblərdən orqanizmdə gedən maddələr mübadiləsinin pozulması;
  • Hiss olunmaz dərəcədə fasiləsiz zəhərlənmə (bu qəbul etdiyiniz qida, spirtli içkilər,  yaşayış mühiti və yaxud çalışdığınız işlə ilə bağlı ola bilər);
  • Şəkərli diabet xəstəliyi zamanı qanda şəkərin miqdarı vaxtlı-vaxtında tənzimlənmədikdə;
  • Hepatit viruslarının təsirindən;
  • Dərman preparatların nizamsız və artıq miqdarda qəbulu;
  • Orqanizmdə dəmirin miqdarının dəfələrlə artması;
  • Patoloji kökəlmə və s.

         Ultrasəs müayinə (USM) müayinəsi zamanı qaraciyərin strukturunda baş vermiş dəyişikliklərlə yanaşı qaraciyərin böyüməsini də görmək olur. Bu diaqnoz adətən qaraciyərinin strukturunda piy kütləsinin patoloji yığılması faktoru mövcud olduğu halda qoyulur. Çünki, normada qaraciyərin strukturunda piy yığımı olmamalıdır. Bu patoloji proses inkişaf edərsə, o zaman piy kütləsinin tərkibində birləşdirici toxumalar əmələ gələcək. Birləşdirici toxumanın əmələ gəlməsinə və artmasına fibrozlaşma prosesi deyilir. Qaraciyərin strukturunun fibrozlaşması onun funksional işinin xüsusiyyətlərinə malikdir. Düzgün müalicə metodunun tətbiqi və qida pəhrizi nəticəsində xəstəliyi müalicə etmək mümkün olur. Müalicənin effektivliyi isə xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Əgər müayinə zamanı bu diaqnoz sizə qoyularsa mütləq həkiminizlə məsləhətləşin, digər vacib müayinələrdən keçib müalicə alın. Müalicəni təxirə salmayın! Ola bilər ki, müəyyən mərhələdən sonra prosesi qaytarmaq mümkün olmasın. Hepatit, qaraciyərin sirrozu və xərçəngi kimi xəstəliklər inkişaf edə bilər. Bu xəstəliyin müalicəsi ilə ilk növbədə hepatoloq həkim məşğul olur.

Qaraciyər piylənməsinin əlamətləri

           Xəstəliyin ilkin inkişaf mərhələsində əlamətlər özünü vizual olaraq göstərmir. Lakin, həzm prosesinin tez-tez pozulması, ürəkbulanma, sağ qabırğaaltı nahiyədə ağırlıq hissləri kimi əlamətləri özünüzdə hiss etdikdə həkimə müraciət etmək məsləhət görülür. Adətən bu əlamətləri xəstələr ciddi qəbul etmirlər və qəbul etdiyi qidaların keyfiyyətsiz olması və s. ilə əlaqələndirirlər. Xəstəlik tədricən dərinləşir və əlamətlərin sayı da artır. Xəstələr eyni zamanda ümumi zəiflikdən, səbəbsiz yorğunluqdan, fiziki aktivliyin aşağı düşməsindən, sağ qabırğaaltı nahiyədə ağrının tapılmasından da şikayətlənə bilərlər.

Qaraciyər piylənməsinin müalicəsi necə aparılır?

           Qaraciyərin piylənməsinin müalicəsi uzunmüddətlidir. Xəstəyə xüsusi qida rejimi təyin olunur. Bəzi qida məhsullarından tam və ya qismən imtina etmək göstərişi verilir. Xəstə bilməlidir ki, dərman preparatları ilə müalicə ilk günlər intensiv, sonra isə passiv formada ən azı 4-6 ay fasiləsiz aparılır. Müalicə dövründə pəhrizə riayət etmək vacib şərtlərdən biridir. İlk növbədə çəkini azaltmaq məsləhət görülür. Xəstələr həyat tərzini dəyişməli, aşağı kalorili qida qəbul etməli, fiziki aktivliyi artırmalı, orqanik heyvani yağları azaltmalıdırlar. Pəhriz ilə yanaşı gündə ən azı 30 dəqiqə fiziki işlə (üzmə, qaçma, sürətli yeriş, gimnastika) məşğul olmaq lazımdır. Müalicənin ikinci vacib komponenti metabolik sindrom və insulin rezistenliyini azaldılması və ya aradan qaldırılmasıdır.


           Müalicənin vacib komponentlərindən biri də qaraciyərə toksik təsir göstərən və qaraciyəri zədələyən preparatların qəbulnunu dayandırılmasıdır. Bağırsaq bakteriyalarının artımı da steatoza səbəb olan faktorlardandır. Bunun üçün müxtəlif qrupdan olan (antibakterial, probiotik, motor requlyatoru, qaraciyəri protektorları) dərmanlarla korreksiya edilir.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan