Ə.Əliyev adına ADHTİ-da “Pediatriyanın tibbi-sosial aspektləri
Опубликовано в:
KONFRANSLAR
| 2019-06-28
Müasir yanaşmaların tədbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir .Pediatriya və neonatologiya sahəsində antenatal diaqnostikanın perspektivləri, yenidoğulmuşlarda mərkəzi sinir sistemi xəstəliklərinin erkən aşkarlanması, erkən uşaqların qidalanması və inkişafı, Azərbaycanda uşaqlar arasında geniş yayılan inkişaf çətinlikləri və bu çətinliklərin erkən aşkarlanmasında yeni yanaşmaların tədbiqi kimi tədqiqatların nəticələri barədə məlumatlar konfrans iştirakçılarna təqdim edildi. Eyni zamanda konfransda ölkəmizdə onurğa xəstəliklərinin yayılması və bu halların vaxtında aşkarlanmasında pediatrların rolu haqqında, pediatriyanın sosial aspektləri, uşaq zorakılığına dair məsələlər barədə də məlumatlar verilmişdir. Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları Rəqsanə Məmmədova, Azər Fərəc, Aytən Məmmədbəyli, Nailə Rəhimova, Sevinc Nəsirova, İradə Hacıyeva, Təranə Seyidməmmədova, Ülviyyə Mirzəyeva, Kəmalə Aşumova ilə yanaşı Qazaxıstan Ana və Uşaq Milli Elmi Mərkəzinin professoru Dair Nurqaliyev və Dağıstan Dövlət Tibb Universitetinin pediatriya kafedrasının dosenti Vaqif İbrahimov təqdimatlarla çıxış etmişlər.
Konfransda Respublikanın şəhər və regionlarında çalışan neonatoloq və pediatrlar iştirak etdilər.
Müəllif: Vertebra Onurğa Mərkəzi
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Konfransda Respublikanın şəhər və regionlarında çalışan neonatoloq və pediatrlar iştirak etdilər.
Müəllif: Vertebra Onurğa Mərkəzi
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir