Qan dövranı pozğunluqları

Qan dövranı pozğunluqları

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-06-28
Qan dövranı pozğunluqları
Sağlam bir bədəndə qan dövranı nizamlı bir şəkildə işləməlidir. Dövran sistemi sayəsində hüceyrələrə nizamlı olaraq qan və oksigen çatdırılmaqla yanaşı, bədəndə ki, tullantı və karbon 4 oksid maddələr çölə atılır. Qan dövranında meydana gələ biləcək hər hansı bir narahatlıq bir çox xəstəliyin meydana gəlməsinə zəmin hazırlaya bilər və bu xəstəliklərin bir çoxu həyati təhlükə daşıya bilər.Axsamalar olursa, bu halda ayaqlara kafi miqdarda qan getmir deməkdir. Hərəkət ya da istirahət halında qol və ayaqlarda keyimə və halsızlıq müşahidə edilə bilər. Daha inkişaf etmiş hallarda üz əzələlərində pozulma müşahidə edilə bilər. Üzdə sallanma və danışıqda pozuntu halları ortaya çıxır. Bu vəziyyət diqqətə alınmalıdır. Çünki belə bir vəziyyətin meydana gəlməsi beyinə kifayət qədər qan getmədiyinin göstəricisidir və iflic riski olduqca yüksəkdir. Əl və ayaqlarda kafi qan dövranı olmadığı zaman bu orqanlarda şişmə ya da soyuqluq müşahidə edilə bilər.

Müəllif: "Nevroloq" Dr. Əfsanə Səfərəliyeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan