İmplantlar, əskik olan dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplantlardan bir və ya daha çox dişləri əvəz etmək üçün istifadə olunur. Hərhansı səbəbdən itirilmiş dişlərin yerinə implantasiya etmək olar. Əsas məhdudiyyət mövcud sümük miqdarıdır ki, bu zaman əlavə sümük köçürülmə əməliyyatı edilir. Bunu həkim-implantoloq özü müəyyən edir. İmplantların üstünlükləri çoxdur. Çəkilmiş dişlərin yerinə də implantasiya edilərək qonşu dişlər yonulmaqdan qurtulur. Artıq bir dişə görə iki diş qurban verilmir. Digər bir problem çıxan protezlərin ağızda kip durmamağıdır. Bu problem də implant vasitəsilə aradan götürülür. Sadaladığımız bu və başqa ağız boşluğu problemlərinin həllində implantların böyük rolu var. Bütün implantasiya əməliyyatları tam ağrısız şəraitdə həyata keçirilir.
Müəllif: Həkim Stomatoloq - Təranə Abdullayeva
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Müəllif: Həkim Stomatoloq - Təranə Abdullayeva
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir