Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin❗

Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin❗

Опубликовано в: BLOQ | 2019-06-27
Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin❗
Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin❗ Yanlış nəticə alacaqsınız.
1. Tonometrin manjetini paltarın üzərindən taxmaq. Bu təzyiqi olandan 5-40 mm.c.st. çox və ya az göstərə bilər.
2. Çox kiçik manjet. Təzyiqi 5-10 mm.c.st. çox göstərə bilər.
3. Təzyiq ölçəndə danışmaq və ya hər hansı hərəkətlər etmək. Təzyiqi 10-15 mm.c.st. çox göstərə bilər.
4. Təzyiqi ölçəndən əvvəl mütləq 10 dəqiqə sakit oturmaq və dincəlmək lazımdır. Əks halda bu təzyiqi 10-30 mm.c.st. çox göstərə bilər.
5. Təzyiqin ölçülməsi zamanı düzgün oturmamaq. Təzyiqi 5-15 mm.c.st. çox göstərə bilər. Təzyiq ölçüləndə insan stulda oturmalı, ayaqlar yerdə olmalı, bel stula söykənməlidir.
6. Təzyiqin ölçülməsi zamanı bədənin hər hansı yerində ağrı hissi (diş, baş, qarın, ürək  və s.). Təzyiqi 10-35 mm.c.st. çox göstərə bilər.
7. Ayağı ayağın üzərinə qoymaq. Təzyiqi 5-8 mm.c.st. çox göstərə bilər.

Sizin sağlamlığınız bizim üçün dəyərlidir!

Müəllif: Spero (Dobromed) Hospital 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan