Panik atak nədir, əlamətləri və müalicəsi. Panika halı

Panik atak nədir, əlamətləri və müalicəsi. Panika halı

Опубликовано в: BLOQ | 2019-06-20
Panik atak nədir, əlamətləri və müalicəsi. Panika halı

Panik atak və ya panika halı nədir?

Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Həyəcən halı ilə eyni zamanda müxtəlif simptomlar da panika halı zamanı baş verə bilər.

Panika halının simptomları

  • “Ürək çırpıntısı” hissi
  • Tərləmə və titrəmə
  • Ağız quruluğu
  • İsti basma və ya titrəmə
  • Boğulma hissi
  • Sinə ağrısı
  • Özünü pis hiss etmə (ürəkbulanma), baş gicəllənmə və ya halsız hiss etmə
  • Ölüm qorxusu və ya dəli olma qorxusu
  • Uyuşma, iynələnmə hissi
  • “Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək

Panik atak zamanı baş verən fiziki simptomlar ürək və ya döş qəfəsi orqanları xəstəlikləri ilə əlaqəli olmur. Bu simptomlar əsasən, beyindən başlayıb bədənə yayılan sinir implusları nəticəsində yaranır. Bu impulslar adrenalin daxil olmaqla, bir çox hormonların ifrazı ilə nəticələnir. Bu orqanizm üçün “hücum et və ya qaç” siqnalı olaraq adlanır. Bu cür reaksiya insanlar təhlükədə olduqlarında normal sayılmaqdadır. Panika halı zamanı da bədən eyni şəkildə cavab verir. Bu zaman insan çox nəfəs almağa meyilli olur (hiperventilyasiya). Əgər panika halında çox nəfəs alıb versəniz, karbon qazının miqdarı qanda artmış olacaq və qanın turşuluğu dəyişəcəkdir. Bu daha çox simptomlara və “ürək çırpıntısı”, baş gicəllənmə, uyuşma və iynələnmə şikayətlərinin pisləşməsinə səbəb ola bilər.  Bu vəziyət insanı daha da qorxudur və beləcə daha çox nəfəs ala bilər. Həddən çox tənəffüs qısa müddətdə huşun itməsi ilə nəticələnə bilir. Lakin şüurun itməsi nadir görülən bir haldır.

Panik atak adətən 5-10 dəqiqə müddətində baş verir, bəzən dalğa şəklində 2 saata qədər də çəkə bilər.

Panik pozuntu

Hər 10 nəfərdən biri ömründə ən az bir dəfə panika halını yaşayır. Əgər təkrarlanan panika halları varsa, o zaman bu Panik pozuntu (panika xəstəliyi) adlanır. Xəstəlik zamanı panika hallarının sıxlığı dəyişə bilər. Hər 50 nəfərdən birində panik pozuntu vardır. Panik pozuntu zamanı xəstələr panika halının təkrarlanacağından, panik atak zamanı ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar.

Panika halının səbəbləri nələrdir?

Panika halı adətən heç bir səbəb olmadan baş verir və səbəbi tam olaraq aydın deyil. Beyindəki bəzi kimyəvi maddələrin (neyrotransmitterlər) balansının pozulması burada rol oynaya bilir. Stresli həyat tərzi də yenə panik halının yaranmasına səbəb kimi göstərilə bilər.  Təbii ki, müalicə üçün dərmanlar istifadə olunur. Panik pozuntu bir çox tibbi xəstəliklərlə birgə görülə bilir. Belə olan halda digər tibbi problemlərin şiddətində artma və müalicəsində çətinliklər ortaya çıxır.

Panika halında nə etmək lazımdır?

Panika halını yüngülləşdirmək və rahatlamaq üçün mümkün qədər yavaş və dərindən nəfəs alın. Nəfəs alıb verməyə fokuslanın. Bir neçə dəfə, uzun və çox yavaş-yavaş nəfəs almanı təkrarlayın. Bəzi insanlar bir əlini qarını, digər əlini sinəsi üzərinə qoyub, qarınlarıyla nəfəs almalarını, həm yavaş, həm də dərin nəfəs almalarını daha rahat kontrol edə bilirlər. Dərin nəfəs alıb vermə texnikasını bilən və yerinə yetirən bir çox xəstə panika halına faydası olduğunu deyirlər.

Panik atak və Panik pozunutunun müalicəsi

Əgər təsadüfi bir panika halı varsa, heç bir müalicəyə ehtiyac yoxdur. Təkrarlanan panika hallarının və ya Panik pozuntunun müalicəsi zamanı məqsəd bu vahiməli, qorxulu halların sayını və şiddətini azaltmaqdır. Müalicədə psixoterapiya və\ və ya dərman müalicəsindən istifadə olunabilər.

Müəllif: Uzman "Psixiatr" Dr. Fuad Bəşirov 



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan