Hamiləlik testini nə vaxt etmək lazımdır?sualı çoxlarını maraqlandırır. Bu, əsasən sizin istifadə etdiyiniz testdən asılıdır.
Bütün hamiləlik testləri orqanizmdə xorionik qonadotrop hormonun (XQH) səviyyəsini ölçür. Evdə istifadə olunan hamiləlik testləri sidikdə XQH-nın olub-olmamasını müəyyən edir. Evdə istifadə olunan hamiləlik testləri digərlərindən daha həssasdır. Müxtəlif hamiləlik testlərinin həssaslıq diapazonu 10 mME\ml-dən 40 mME\ml-dək dəyişir. Rəqəm nə qədər aşağıdırsa, test də bir o qədər həssasdır və o, hamiləliyi daha tez müəyyən edir.
Test çox erkən keçirildikdə sidikdə XQH-nın miqdarı o qədər aşağı ola bilər ki, hətta həssas test belə, onu aşkar edə bilməz. Testin nəticəsi mənfidirsə və aybaşı da yoxdursa, o zaman yenidən test edin. Hamiləlik baş tutubsa bu müddət ərzində hormonun səviyyəsi onu aşkarlaya bilmək üçün kifayət qədər arta bilər.
Beləliklə, testi aybaşının gecikməsindən bir gün sonra, ya da ovulyasiyadan iki həftə sonra etmək daha yaxşıdır.
Müəllif: "Mama-ginekoloq" Dr. Fəxranə Hüseynzadə.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir