Donmuş və ya inkişafdan qalmış hamiləlik hamiləliyin sona qədər catdırılmaması halının bir növüdür.
İlkin mayalanmadan sonra embrion uşaqlığa çataraq onun daxili qişasına yapışır - implantasiya olunur, lakin bir müddətdən sonra onun inkişafı dayanır. Tələf olmuş döl yumurtası uşaqlıq daxilindəcə parçalanaraq ananın qanına sorulur ki, bu da ananın zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Bu hal 4 həftədən artıq davam edərsə, ananın sağlamlığı, hətta həyatı üçün ciddi təhlükə yaranır.
İnkişaf etməyən və ya inkisafdan qalmış hamiləliklərin səbəbləri sona qədər aşkarlanmamışdır. İlk növbədə bu, uşaqda olan ciddi genetik pozğunluq nəticəsində ola bilər. Bundan başqa, erkən hamiləlik dövründə dölün tələf olmasına qadın cinsiyyət orqanlarının infeksion xəstəlikləri, alkoqollu içkilərin qəbul edilməsi, siqaret çəkmə, narkotik preparatlardan istifadə edilməsi və əlverişli olmayan ekoloji şərait də təkan verə bilər.
Müəllif: "Mama-ginekoloq" Dr. Fəxranə Hüseynzadə.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir