Kəskin orto otit(kəskin otoantrit)-orto qulağın kəskin iltihabi xəstəliyidir.
Bütün lor xəstəliklərinin 15-20%nı,qulaq xəstəliklərinin isə 65-70%ni təşkil edir.
Kəskin orto otitlə xəstələnmə hallarına həyatının birinci ilində olan körpələrin 44%ı ildə bir dəfə,7-8%ında isə ildə 3 dəfə rast gəlinir. Üç yaşa qədər uşaqların 65%ında ildə 1-2 dəfə,35%ında isə ildə 3-4 dəfə daha çox rast gəlinir.
Kəskin orto otit xəstəliyi daha çox 6 -18 aylıq körpələrdə baş verir,çün ki bu yaşda olan körpələrin yevistax borusu uzun, qısa və dardır. Ona görədə,süni qida yeyən körpələr uzanaraq horizontal vəziyyətdə yedizdirildiyinə görə südün yevistax borusuna keçməsi baş verə bilər ki , buda ana südüylə qidalanlara nisbətən daha çox bu xəstəliyə tutulma ehtimalını çoxaldır.
7-15% hallarda isə 3 yaşlı uşaqlardada rast gəlinə bilər.5 yaşa qədər uşaqlarda rast gəlmə tezliyi isə 90%dır.Uşağın yaşı az olduqca kəskin orto otit hər iki qulaqda olma ehtimalı artmış olur.İki tərəfli orto otit xəstəliyi bir yaşa qədər uşaqlarda 70-80% hallarda ola bilər.
Kəskin orto otitin əmələ gətirən faktorlar hansılardı?
Xəstəliyin əmələ gəlməsində ümumi və yerli faktorlar iştirak edir.Ümumi faktorlara: uşağın immun sistemi və orqanizmin özünün vəziyyəti.Yerli faktorlara isə orto qulağında olan dəyişikliklər rol oynayır,əsasən silindirik epitelinin tam inkişaf etməməsidir. Kəskin respirator xəstəliklərdən,ağız boşluğunun mikroflorasının aktivizasiyasından sonra,təbil pərdəsinin travmaları.
Bundan başqa ,adenoid hipertrofiyası,burunətafı ciblərin (sinuslar),burun-udlağın iltihabı xəstəliklərinidə aid etmək olar.
Xəstəliyin klinik əlamətlərinə gəlincə,ümumi olaraq qulaqda ağrı( daha çox yatanda),buna görədə körpənin yata bilməməsi,narahat olması aiddir.Bundan başqa eşitmə zəifliyi,müvazinat pozğunluğu,baş ağrısı,qulaqda axıntı,iştahsızlıq kimi hallarıda göstərmək olar.
Klinik gedişinə görə 3 mərhələsi var: I mərhələdə təbil boşluğunda iltihabi prosesin yaranması və inkişafı.Bu mərhələdə qulaqda güclü ağrı,temperaturun qalxması,eşitmənin zəifləməsi,qulaqda batma hissinin olması.Otoskopik müayinədə təbil pərdəsi hiperemik olur,bir qədər şişkinləşir,xarici qulaq keçəcəyinə doğru qabarır( daha çox arxa-yuxarı kvadranta).II mərhələdə təbil pərdəsi deşilir(daha çox ön-aşağı kvadrantda) və irin xarici qulaq keçəçəyinə doğru axmağa başlayır.Bu zaman I mərhələdə ki,əlamətlər azalır,temperatur aşağı enir.III mərhələ iltihabın yavaşıması,perforatik dəliyin bağlanması və bəzən yerində ag çapıq toxuma qalması.Bu mərhələdə artıq sağalma başlayır,qızartı və infiltrat azalır,eşitmə və qulaq batma hissləri normaya qayıdır.irin axma dayanır.Xəstəlik vaxtında müalicə olunmasa mastoidit,labrintit və beyin daxili ağırlaşmalar verə bilər.Xəstəliyin ümumi davam etmə müddəti 2-4 həftədir.
Müalicəsi uşağın yaşına və klinik əlamətlərin şiddətinə görə aparılır.Əgər kəskin ağrı olarsa mütləq ağrıkəsici vermək lazımdır.Körpələrdə ağrını əlini qulağa aparmaqla ,ağlamaqla göstərirlər.Ağrikəsici kimi parasetamol(10-15mq/kq 4 saatdan bir),ibuprofen(10-15mq/kq 6-8 saatdan bir) verilir..Əgər ağrı yenədə kəsməzsə bu zaman mirinqotomiya əməliyyatı edilməlidir.Kəskin orto otitli xəstələrdə , ən çox 6ay -2 yaş uşaqlarda 2-3 gün boyunca antibiotik vermədən gözləmək lazımdır.6aydan kiçik uşaqlarda kəskin orta otit təkrarlanarsa,immun sistemi zəifləmiş olarsa onda antibiotik təyin edilir.Antibiotik kimi ilk seçimimiz amoksisilinə(25-50 mq/kq/sutka gündə 3 dəfə) üstünlük verilir.Əgər amoksisilinə allergiya olrsa 2ci seçim olaraq sefalosporinlər qrupudur.3cü seçim kimi isə azitromitsinə üstünlük verilir.2yaşdan kiçik uşaqların müalicə müddəti 10 gün, 2yaşdan böyük uşaqlarda isə 5-7 gündür.Bundan başqa ümumi olaraq vitaminoterapiya,bədəni möhkəmləndirən müalicə edilə bilər.
Birinci dəfə kəskin orto otit keçirən 2 yaşdan kiçik uşaqlarda yenidən təkrarlanma halları 3 ay ərzində 55%,2-5 yaş uşaqlarda isə 25%,5 yaşdan böyük uşaqlarda isə 10% təşkil edir.
Kəskin orto otitli xəstələri mütəxəsis tərəfindən vaxtında və düzgün müalicə etdikdə yuxarıda sadaladığımız ağırlaşmalar olmaz,və eşitmədə vaxtında bərha olunar.Müəllif: "Lor/Otolarinqoloq" Dr. Gülnar Əhmədova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir