Pnevapunktura refleksotrapiyanın, yəni iynəbatırmanın təkmilləşmiş formasıdır. Bu üsul bioloji aktiv nöqtələrdən orqanizmə xüsusi dərmanların, daha çox isə oksigen və karbon qazının yeridilməsinə əsalanır.
Təsir mexanizmi ümumi və regionar istiqamətlidir. Regionar təsir yerli bufer sisteminin dəyişdirilməsinə, HP-metriyanı qələvi mühitə istiqamətləndirilməsinə, (duzların əridilməsi), etikulyar qan dövranının yaxşılaşdırılmasına yönəlib. Bununla yanaşı, reflektor olaraq MMS-nə təsiri nəticəsində ümumi sistem dəyişiklikləri əldə edilir.
Göstərişlər: dayaq-hərəkət aparatı xəstəlikləri (osteoxondroz, artrit, artroz, bursit), miozit və mialgiyalar, periferik qan dövranı pozulmaları, metabolik pozulmalar, diabetik angiopatiyalar və s.
Müəllif: Ömür Klinikası
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir