Düz bağırsaq xərçənginin ilk simptomları da digər bədxassəli şişlərdə olduğu kimi bilinmir. Şişin böyüməsi ilə əlaqədar o, bağırsaq mənfəzini tutduğundan defekasiya aktı zamanı xəstələrdə küt, xoşagəlməz ağrılar, bəzən isə qusmaya səbəb olur. Bundan əlavə, defekasiya zamanı kaldan öncə qanın və seliyin olması, kal hissələrinin deformasiyaya uğramış şəkildə, lentvari şəkildə olması qeyd olunur. Daha sonra isə xəstələr tez-tez bayıra çıxmağa meylli olurlar və çox miqdarda üfunətli, irinli-qanlı kütlə, qəbizliklə növbələşən ishallar baş verir və nəticədə xəstə arıqlayır.
Ağır hallarda bağırsaq keçməzliyi, qanaxma, iltihabi ağırlaşmalar ( abses, fleqmona, peritonit) baş verir. Şiş sidik kisəsinə və uşaqlıq yoluna sirayət etdikdə fistul yaranır və digər orqanları da sıxaraq onların funksiyasını pozmuş olur. Düz bağırsaq xərçənginin diaqnostika və müalicəsi: - Nəcisdə gizli qanın yoxlanılması. Bu analiz xəstəliyin başlanğıcında hələ heç bir əlamət olmadıqda və nəcisdə qan olmadıqda yoxlanılır. Həmçinin, diaqnozu çətinlik törədən xəstələrdə dəqiqləşdirmək üçün və 50 yaşdan yuxarı profilaktika məqsədilə aparılır. - Düz bağırsağın barmaqla yoxlanılması - Kolonoskopiya, rektoromonoskopiya (siqmoskopiya),lazım gəldikdə biopsiya ilə birlikdə - Barium-sulfatla bağırsağın yoxlanılması - PET-KT müayinəsi metastazların istisna edilməsi üçün tətbiq olunur, belə ki düz bağırsaq xərçəngi mezenteriumun limfa düyünlərinə, çanaq birləşdirici toxumasına, aorta boyu olan limfatik düyünlərinə metastaz verir. - Hematogen metastazlar çox vaxt qaraciyər və sümüklərdə meydana çıxır. Daha aşağı nahiyələrdə yerləşən xərçəng isə hətta qasıq nahiyəsinin limfa düyünlərinə metastazlar verə bilər.
Müəllif: "Cərrah-proktoloq" Dr. Elvina Səlimova.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir