Tük dönməsi (Pilonidal sinus) nədir?

Tük dönməsi (Pilonidal sinus) nədir?

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-06-04
Tük dönməsi (Pilonidal sinus) nədir
Pilonidal sinus quyruq çıxıntısında, dəri altında yerləşmiş tük köklərinın səbəb olduğu iltihabi bir xəstəlikdir. Xəstəliyin tipləri, klinik görüntüləri baxımından cərrahi ədəbiyyatda bölgüsü yoxdur. Xəstələr bu altı şəkildən biri ilə həkimə müraciət edirlər. (Bu sınıflədırmə bir qanun deyildir. Şəxsi klinik müşahidələrimix nəticəsində yaranan bir bölgüdür. Asan ifadə edilir, rahat anlaşılır ve asan təchiz və müalicə planlamasınin olması məqsədilə qurulub.)

Tip I SƏSSİZ NÖQTƏSİ OLANLAR -- büzdüm nahiyyəsində səbəbli-səbəbsiz şikayətlər yaşanmış keçmişdir. Hələ də heç bir ağrı hissi yoxdur. Sadəcə bir və ya birneçə dəfə toplu iynə başı qədər dəlik vardır. Sadəcə təqib yetərlidir.

Tip II OTURA BİLMƏYƏNLƏR -- Absesli başlanğıc (kəskin pilonidal sist absesi). Öncədən heç bir qıcıqlanma hissi olmamışdır. Büzdümdə, son bir neçə gün içində yaranmış, əsasən anusdan 5-6 santimetr yuxarıda, bir nçə santim sahədə ağrı, şişlik, qızartılıq vardır. Xəstə oturmaqda çətinlik çəkər. Antibiotiklər nadirən işə yarayar. Ağrı kəsicilərin istifadəsinə baxmayaraq ağrı azalmaz. TƏCİLİ əməliyyat lazımdır.

Tip III DAİM AXINTISI OLANLAR -- Uzun süreli akıntı (Xronikİ pilonidal sinus). Ən çox görülen kliniki tablodur. Axıntı ön plandadır. Keçirilmiş bir absesli başlanğıcdan sonra və ya heç abses əlamətləri hiss edilmədən başlamış ola biləe. Ağrı və qızartı nadirdir. Xəstə tez tez alt paltarında iltihabi kirlənmə görər. İltihab dəlikləri qalçalar arasındaki çuxurda əsasən anusdan 5-6 santimetr yuxarıda başlayıb daha yuxarıya doğru yayılmağa meyillidir. Bəzən bu dəliklərdən xaricə doğru tükün də uzandığı görülür. Uzun müddət xəstəliyi olanlarda orta xəttin bir neçə santimetr yan tərəfində də dəliklər ola bilər. Bu xəstəliyin irəliləməsinə işarədir. Planlı qalıcı müalicə üçün əməliyyat lazımdır.

Tip IV AXINTISI DAYANIB AMMA OTURA BİKMƏYƏNLƏR-- Uzun müddətli axıntıdan sonra axıntısı durub abses yaranan (xroniki pilonidal sinus absesi). Xroniki xəstəliyin gedişi sırasında iltihabı xaricə axıdan yolların tıxanması nəticədində absesli başlangıdakina bənzər abses yaranır. Təcili əməliyyat lazımdır.

Müəllif: "Cərrah-proktoloq" Dr. Elvina Səlimova. 



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan