Hamiləlik diabeti diaqnozu necə təyin edilir

Hamiləlik diabeti diaqnozu necə təyin edilir

Опубликовано в: BLOQ | 2019-05-30
Hamiləlik diabeti diaqnozu necə təyin edilir
Hamiləlik diabeti olan qadınların yarısında bəzən heç bir risk faktoru olmur. Bu səbəbdən də, hamilə qadının heçbir şikayəti olmadığı halda belə, hamiləliyin 24-28 həftələrində, diabet yaranma riskinin ən yüksək olduğu vaxtda, müayinələr aparılır. Bu müayinə şəkər yükləmə testi ( oralglukoztolerans ) adlandırılır. Qeyd etmək lazımdır ki, qadında hamiləliyin ilk aylarından etibarən sürətlə kilo artması, tez-tez sidiyə çıxma və susama şikayətləri varsa, şəkər yükləmə testi üçün 24 həftəni gözləmək lazım deyil, ən qısa zamanda müayinələr aparılmalıdır. 
Müayinə necə aparılır:
Hamilələr üçün, Şəkər yükləmə testi , günün istənilən saatı, ac və ya tox halda 75 qram qlukoz içirdilir, sonra isə qandan analiz götürülür. Nəticəyə əsasən həkiminiz sizdən təkrar şəkər yükləmə testi istəyə bilər. Qeyd edəkki, bu müayinənin istər ana, istərsə də körpə üçün heç bir təhlükəsi və zərəri yoxdur. 
Gestasional diabet diaqnozu təsdiqlənmiş hamilələr, həkim göstərişinə əsasən qidalanmalı və müəyyən edilmiş fiziki məşqlər etməlidirlər. Bu körpə və ananın sağlamlığı üçün çox vacibdir. Gestasionaldiabet kontrolda saxlanmazsa : körpənin qanında şəkərin düşməsi, kalsium səviyyəsinin düşməsi, ağciyərlərin tam inkişaf etməməsi səbəbi ilə tənəffüs problemi və sarılıq kimi ciddi problemlər yaşana bilər.

Müəllif: "Endokrinoloq" Dr. Rövşən Həsənov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan