EKQ testi
Tredmil və ya Fiziki gərginlikli stres EKQ testi və ya Fiziki yük sınaqlı stres EKQ testi ürəyin koronar damar xəstəliyinin diaqnostikası və proqnozunun müəyyən edilməsi, habelə xəstənin fiziki aktivlik potensialını qiymətləndirməyə imkan verən etibarlı testdir. Fiziki yük sınaqlı stres EKQ testi dolayısı ilə miokardın işemiyasını təyin etməyə yardım göstərir. Miokardın işemiyası isə miokardın oksigenlə təchizatı (koronar qan axını) və miokardın oksigenə tələbatı (miokardın iş yükü) arasında mövcud olan uyğunsuzluğun fizioloji nəticəsidir.
Miokardın qanla təchizatı ilə oksigenə tələbatı arasında baş verən uyğunsuzluq (tarazlığın pozulması) ürəyin işemik xəstəliyi və miokard infarktının inkişafına gətirib çıxaran proseslərin başlanğıcıdır. EKQ ilə müqayisədə EXO-KQ və radionuklid görüntüləməsi işemiyanın müəyyən edilməsi üçün daha çox həssaslığa malikdir. EXO-KQ və radionuklid görüntüləməsi yüngül dərəcəli işemiya hallarında baş verən dəyişiklikləri təyin etməyə qadirdir. EKQ-nin diaqnostik imkanları isə daha irəliləmiş işemiya hallarında artmış olur.
Burada stress EKQ testi, onun metodologiyası, göstərişlər və əksgöstərişlər müzakirə ediləcəkdir. Həmçinin məqalədə fiziki gərginlik nəticəsində yaranmış işemiyanın EKQ dəyişiklikləri də müzakirə ediləcəkdir. Nebz klinikasinda mutexxesizleşmiş hekimlerimiz ve en müasir tibbi avadanliqlarimizla öz sağlamlığınızın qeydine qalın.
Müəllif: Nəbz klinikası
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir