Yaydan payıza hazırlıq

Yaydan payıza hazırlıq

Опубликовано в: BLOQ | 2019-05-28
Yaydan payıza hazırlıq
Yay aylarında günəşin təsiri ilə (bronzlaşan) tündləşən və quruyan dərimiz artıq payızın gəlişi ilə solğun və zəif görünməyə başlayır. Dəniz, hovuz suyu və isti günəşli hava və rütubətin təsiri ilə dərimizin nəm qatı korlanır. Payız aylarında hava temperaturunun birdən dəyişməsi dərinin qorunma mexanizmalarını zəyiflədir. Qış fəsli isə dəri üçün daha çətin olan bir mövsümdür. Buna görə də payız aylarında dərimizi qışa hazırlamaq bizim üçün bir fürsətdir.
İsti günlərdə günəşin quruducu təsirilə aşırı tərlədiyindən dərinin yağ ifrazatı da artar. Bununla bərabər əgər doğru vasitələrlə üzümüzü təmizləməsək, dəriyə uyğun olmayan kosmetik kremlər, günəş qoruyucuları istifadə etmişiksə məsamələrin tutulmasına və sızanaqların, qara nöqtələrin əmələ gəlməsinə səbəb olarıq. Əmələ gələn bu dəri problemləri üçün ilk öncə professional dəri təmizliyici olmalıdır. Düzgün dəri qulluğu programı tərtib edilərsə dərinin nəm qatını qorumaq mümkündür. Professional qulluqla yanaşı evdə də həmçinin dərinin gündəlik təmizliyi və nəmləndirilməsi lazımdır. Bunun üçün düzgün vasitələr seçilməlidir. Beləliklə mövsüm dəyişikliklərinə dərimizin adaptasiyasını yüngülləşdirməliyik.
Yağlı dərilər üçün yağ ifrazatını normallaşdıran üz yuma gellər və matlaştırıcı toniklərindən istifadə edilir. Ancaq quru dəri üçün vəziyyət daha fərqlidir. Günəşin təsiri ilə daha da quruyan dərinin üst təbəqəsinin qorunma mexanizması azaldığından qıcıqlanma, pul-pul tökülmələr yaranır. Buna görədə quru dərinin nəmlədirilməsi çox vacibdir. Dərinin elastikliyini və bütünlüyünü qoruyan suyun dəridəki miqdarı 10%- in üstündə olmalıdır. Su tərkibi azalarsa dəri quruyur, klinik olarak pullanma, çatlama, egzema kimi müxtəlif dəri xəstəliklərinə və infeksiyalara meyilli olur.
Nəmləndiricilərdən istifadə etməkdə məqsəd dərinin üst təbəqəsinin su tərkibini artırmaq ya da uyğun səviyədə tutmaqdır. Bu vasitələrin tərkibi dərinin ana yapısal elementlərinə oxşar birleşmələrin olması tercih edilir.

Müəllif: "Dermatoloq" Dr. Lalə Cahangirova. 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan