1. Bol su için - gün ərzində ən az 2.5 l su içilməlidir. Bol su içməklə dərini içəridən nəmləndirmək bir həqiqətdir. Spirtli içkilər isə dəriyə mənfi təsir göstərir.Qara çay və qəhvə kimi içkilərin əvəzinə su ilə yanaşı yaşıl çay, bitki tərkibli çaylara üstünlük verin.
2. Nəmləndirici kremlər istifadə edin – xüsusən dərisi qurumağa meyilli olanlar həm gözaltı həmdə bütün dəriyə düzgün nəmləndirici kremler müntəzəm olaraq istifadə etməlidir.
3. Üzünüzü düzgün təmizləyin – Yağlanma mikrob çoxalması ilə boşluğun tutulmasına və aknenin yaranmasına zəmin hazırlayır. Bu səbəblə, yağlı dəri xüsusi gel və skrablarla tez-tez yuyulmalıdır.
4. Günəş qoruyucularını düzgün istifadə edin – SPF ən az 30 faktor seçilməlidir. Günəşə çıxmazdan 20 dəqiqə əvvəl dəriyə tədbiq olunub, hər 2 saatdan bir təkrar vurulmalıdır.
5. Siqaretdən uzaq durun - Zərərli vərdişlərdən biri olan sigaret təkcə sağlamlığımızı mənfi təsir göstərmir, həm də gözəlliyimizi əlimizdən alır. Siqaret çəkənlərin dərisi daha tez qırışır və solğunlaşır.
6. Idman edin – idman dərini möhkəmləndirir, idman edə bilməyən xanımlar isə antiselulit kremlerlə masaj etdirə bilərlər.
7. Qidalanmaya diqqət edin – vitamin və mikroelementlərlə zəngin olan meyvə və tərəvəzləri mövsümə uyğun seçməyi diqqət edin.
8. Əhval- ruhiyyənizi yüksək tutun - əhvalı yüksək olanın həyat eşqi artar, özünü daha da sevərək dəri qulluğunu həvəslə edər.
Müəllif: "Dermatoloq" Dr. Lalə Cahangirova.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir