Acne ve ya Civzələr

Acne ve ya Civzələr

Опубликовано в: BLOQ | 2019-05-28
Acne ve ya Civzələr

Acne (civzələr ve ya sızanağlar) – tük follikullarının ve piy vəzilərinin xəstəliyidir. Bu, adətən üzü yağlı, dərisi məsaməli olanlarda əmələ gəlir. Ən sıx yeniyetmə yaşlarda görünür, amma körpələrdə və böyük yaşlarda da görünə bilər. Aknenin əmələ gəlmə səbəbləri coxdur. Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqların organizmi xeyli miqdarda kişi cinsi hormon ifraz etməyə başlayır. Bu hormon piy vəzilərini aktifləştirərək üzün yağlanmasına səbəb olur və bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır.

Xəstəliyin şiddətinə görə Acne 3 qrupa ayrılır:
1. Acne comedonica – ilk mərhələdə burun, alın daha çox olmaq üzrə bütün üz, kürəy və çiyin nahiyələrində “gara və ağ nöqtələr” dediyimiz qeyri-iltihabı elementlər (komedonlar) əmələ gəlir. 
2. Acne papulopustulosa – bir müddət sonra bu “qara və ağ nöqtələrə” əlavə iltihabı elementlər əmələ gəlməyə başlayır və qırmızı səpkilər meydana gəlir.
3. Acne conglobata – aknenin daha ağır forması olub dəri altında kistlərin və nodullərin əmələ gəlməsidir.

Akne tipindən və ağırlığından aslı olaraq müalicə prinsipləri dəyişir. İlk öncə bunu qeyd eləmək istəyirəm ki üzdəki civzələri sıxmaq qəti qadağandır! Məhz bu səhv sızanaqların daha çox yayılmasına və çapıqların qalmasına səbəb olur. İlk başta dəri düzgün qulluq olunmalıdır. Dərini təmizləmə məqsədi ilə düzgün müalicə üçün sabun vəya üz təmizləmə gellərin seçilməsindən başlamaq lazımdır. Bu seçim dərinin qalınlığı və yağlanma dərəcəsi, xəstənin cinsi və yaşına görə dəyişir. Xəstəliyin ağırlığına görə yerli vəya sistemik antibiyotiklər ve retinoidlər istifadə olunur. Akne müalicəsi ən az 6 ay davam etməlidir.

Müəllif: "Dermatoloq" Dr. Lalə Cahangirova.  



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan