İdmançılarda lümbalgiya-müalice ve profilaktika

İdmançılarda lümbalgiya-müalice ve profilaktika

Опубликовано в: | 2019-05-24
İdmançılarda lümbalgiya-müalice ve profilaktika
İdman Nazirliyinin poliklinikasında qebul etdiyim idmançılarda bel agrıları en çox rast geldiyim haldır.Adi insanlara nisbeten idmançılarda orqanizmden yuksek telebat simptomların yaranmasına sebeb olur ki, bu da daha geniş reablitasiya metodlarının tetbiqini teleb edir.Bu zaman idmanın konkret növünden asılı olaraq spesifik biomexaniki prosesleri hekim naturopat derinden bilmelidir. 
Agrı sindromunun idmançılarda yaranma sebebleri aşagıdakılardır.: 
Yuklenmeler(beden çekisi, agır çeki qaldırmalar), tutucu yuklenmeler. 
Onurganın bel nahiyesinin strukturlarının mikrotravmatizasiyası. 
Onurganın hipermobilliyi (qeyri stabillik)-verdişli çıxıqlar, sürüşmeler. 
Soyuqlama-bu da vazokonstriksiya yaradır ve miospazma sebeb olur. 
Qadınlar ve kişilerde bu şikayet eynidir, esasen 40 yaşda çox rast gelinir.Lakin 12-26% uşaq və yeniyetmələr də bel agrılarından şikayet edir. Bel agrıları ümumiyyetle xoşxasseli oluryəni 90%hallarda tibbi yardım olunmadan 6-12 hefteye agrı keçir. 
40-50%hallarda ise 1 hefteye keçir. 70-90% xestelerde bu agrılar müeyyen dövrden sonra tekrarlanır. 
İdmançılarda baxmayaraq ki, fiziki idman onurga sütununu möhkemlendirir, lakin yaddan çıxarmayaq ki, kəskin dinamiki yuklenmeler ve xroniki gerilmeler idmanda çox ziyandır. İdman növlerinden-sportiv reqsler, futbol, hansı ki, tekrar fleksio, ekstenziyo, rotasiya teleb edir, bunlar da onurga sütunun travmalarına ve lümbasakral agrılara sebeb ola biler. İdmançılar arasında travmaların üçden birini bel agrıları teşkil edir. 
İdmançılarda bel agrılarında müalice düzgün aparılması üçün aşagıdakı müayineler vacibdir: 
Kliniki nevroloji ve ortopedik apardıgım müayineler. 
Rentgen 
Onurga etrafı yumşaq toxumaların ultrases müayinesi. 
Miotonometriya. 
Maqnit rezonans tomoqrafiya. 
İdmançılarda bel agrılarını artıran sebebler konkret bunlardır; 
Mikrotravmatizasiya-bel strukturlarında. 
Soyuqlama. 
Bu sebebden bioloji preparatların, və allopatik fermentativ preparatların yerli tetbiqi, ЛФК, manual terapiya, massaj fizioterapiya ile yanaşı en güvenli ve alternativ metoddur. Netice ise budur; Lokal agrılar azalır. Evvelki gərginlik simptomları aradan qalxır. Bel ve bud çanaq oynagında hereketlerin tam amplitudu bərpa olur (bunu qoniometriya ile de aydın müşahide etmek olur). Əzələ tonusu ve gərginliyinin göstəriciləri normallaşır. Nəticə etibarı ilə onurğanın nevroloji patologiyası müalice olunur. Əsas da odur ki, yuksək fiziki aktivlik tələb eden idmana qayıda bilirlər. Xüsusi qeyd etmək istəyirəm ki, yerli işlədilən bioloji preparatlar idman üçün terkibinde dopinq komponentlerinin olmadıgı üçün mütleq olaraq tehlükesizdir.

Müəllif: "Vertebroloq" Dr. Səriyyə Hüseynova 

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan