Skoliz

Skoliz

Опубликовано в: | 2019-05-24
Skoliz
SKOLİOZ termini ve skoliotik xəstəlik -bunlar müxtəlif məfhumlardır.yəni həm onurğa patologiyası kimi, həm də patogenez olaraq tam müxtəlif anlam kəsb edir, (latınca əyri demək)onurganın frontal səthdə istənilən əyriliyi deməkdir(həm fiksəedici, həm də istər qeyri fiksəedici olsun). Skoliotik xəstəlik isə-inkişafda olan onurğanın displastik, proqressivləşən xəstəliyidir. Əsasən 6-8 yaşdan 15 yaşa kimi müşahidə olunur(qızlar 3-6 dəfə daha çox məruz qalır), 
20% hallarda səbəb olaraq- bədbəxt hadisələr, raxit, zəif və spastik ifliclər, anadangəlmə sümük defektləri, aşağı ətrafların müxtəlif boy uzunluğu, genetik xəstəliklər ve s.dir.80%hallarda səbəbi məlum deyil-idiopatik, yəni naməlum səbəblidir, məhz bu forma qızlarda oğlanlara nisbətən 4-7 dəfə daha çox rast gəlinir. 
Skolioz boy artımı dövrünün deformasiyalarına aid edilir. 
Bu xəstəliyi uzun zaman "həkim tapmacası"və "ortopediyanın xərçəngi"adlandırırdılar. 
6% əhali minimal dərəcəli skoliozla yaşayır(çox insan hətta özündə bunu bilmir). 
Skolioz statikanın yüngül ya ciddi pozğunluğuna-"qozbelliyə"çanaq-budda qeyri bərabərliyə, saglıq problemlərinə gətirib çıxarır. Orta xətdən yanlara əyilmə artdıqca, o nahiyəyə uygun əzələlər də bir o qədər uzanır, ya da qısalır. Nəticədə əzələlər qeyri aktivləşir və özünün qoruyucu funksiyasını itirir. Onurğanın formasınıı dəyişir ona görə ki, buna əzələlər imkan yaradır. Bədənin hansı tərəfə hərəkətindən asılı olaraq əzələlər qısalır ya da uzanır. Bu əzələ bərabərsizliyi(onurğadan sağda ve solda)bel nahiyədən başlayaraq onurğanın boyun şöbəsinə kimi davam edir. 
Buna görə müalicə ilk öncə qaməti normaya salmalı ki, bədən əvvəlki horizontal vəziyyətini alsın.Bunu yalnız ayrı-ayrı əzələ qruplarını inkişaf etdirmək ve üzərində işləməklə əldə etmək mümkündür.Əzələ bərpası necə getməlidir-uzanmış əzələləri qısaltmaq və əksinə qısalmış əzələləri uzatmaq ki, yenidən onurğanı və döş qəfəsini normal horizontal vəziyyətdə saxlaya bilsin.Vacib de budur ki, qeyri-aktiv qısalmış əzələlər fiziki uzununa işləsin. 
Mühüm şərtlərdən biri də odur ki, idiopatik skoliozlarda manual terapiya əks göstərişdir.Belə ki, manual terapiyada ani-müveqqeti "effekt"-deformasiyanın guya korreksiyasını görmək olur, amma nəyin hesabına?-onurğanın kapsul-bağ aparatını güc tətbiq etməklə dartmaq hesabına-(manual terapinin təsir mexanizmi belədir). Bu ise nəticədə ümumi onurğanın hərəkət seqmentinin stabilliyinin pozulmasına(hətta ylrtıqlara)səbəb olur. Bu da sonradan deformasiyanın proqressivləşməsinə gətirib çıxarır. 
Skoliozun özü onurğanın frontal səthdə əyilməsi kimi biruzə verən mürəkkəb deformasiya formasıdır.fırlanma-torsiyo-rotasiyalar sagital səthdə də əyilmələrə-(döş kifozu, boyun ve bel lordozunun artması)səbəb olur. Proqressivləşdikcə döş qəfəsinin və çanağın ikincili deformasiyalarına, ağciyər-ürək, çanaq orqanlarının funksiya pozğunluğuna, erkən degenerativ-distrofik dəyişikliklərə səbəb olur. 
Yaranma səbəbləri; 
1. qrup-miopatik mənşəli 
2. nevrogen 
3. displastik 
4. çapıq 
5. travmatik 
6. idiopatik Formasına görə; 
C-var, S-vari, E- vari. 
Lokalizasiyasına görə ; 
1.Boyun-döş skoliozu(Th3-Th4) 
2.Döş skoliozu(əyilmənin pik nöqtəsi Th8-Th9) 
3.Döş-bel skoliozu(Th11-Th12) 
4.Bel skoliozu(L1-L2) 
5.Bel-oma skoliozu(L5-S1) 
Rentgenoloji klassifikasiyası; 
1-ci dərəcə(bucaq 1-10) 
2-ci dərəcə(bucaq 11-25) 
3-cu dərəcə(bucaq26-50) 
4-cu dərəcə(bucaq 50 dən yuxarı). 
Yüklənmədən asılıı olaraq: 
Stabil(fiksəedici) 
Qeyri stabil(qeyri fiksasiyalı)olur. 
Kliniki gedişinə görə; 
Proqressivləşən və proqressivləşməyən olur. 
Rentgenoloji müayinənin vəzifəsi; 
Anadangəlmə anomaliyanı, inkişaf variantını, skoliozun dərəcəsini, kifozu, torsionun dərəcəsini, ikincili degenerativ-distrofik dəyişikliklərin olub olmamasını təyin etməkdir. 
Müalicəsi xüsusi aparatların tətbiqi ilə MİLANA HOSPİTALDA aparılır.

Müəllif: "Vertebroloq" Dr. Səriyyə Hüseynova 

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan