Duzlaşma deyilən osteoartroz əslində nədir?

Duzlaşma deyilən osteoartroz əslində nədir?

Опубликовано в: | 2019-05-24
Duzlaşma deyilən osteoartroz əslində nədir?
O/A-Osteoartroz-xroniki proqressivləşən, oynaq qığırdağının dağılması ilə müşahidə olunan xəstəlikdir.Ardınca oynağın digər komponentləri də (subxondral sümü, sinoviall qiş, bağlar, kapsula, periartikulyar əzələlər) də zədələnir.Yeri gəlmişkən oynaq rentgeni ilə müraciət edən xəstələri mrt müayinəyə göndərməkdə məqsəd də bu komponentləri düzgün müşahidə etməkdi, hansıı ki, sadə rentgen bunun üçün yetərli deyil. 
Osteoartrozun digər adları da var.Biz həkimlər bəzən buna deformasiyaedici artroz da deyirik(oynaqların degenerativ xəstəliyi).Pasientlərimiz daha sadə terminləri istifadə edirlər-artroz,"duzlaşma". 
Əslində duzlaşma termini düzgün deyil, çünki bu elə bir prosesi təmsil edir ki, bunun söhbəti gedən osteoartrozun-(O/A) əsaslandığı mexanizmlə heç bir əlaqəsi belə yox. 
Son illər osteoartrit daha çox istifadə edilir ki, bu da iltihabın oynaq toxumalarında nə qədər böyük rol oynadığına əsaslanır.("it"sonucu latıncadan iltihaba işarədir, məsələn artrit, hepatit, frontit və s.) 
O/A dayaq-hərəkət sisteminin ən çox rast gəlinən xəstəliyidir.Dünya əhalisinin 20%-i bundan əziyyət çəkir.Güman edilir ki,2020ci ilə kimi bu göstərici 57%- ə çatacaq. 55yaşlı insanların 50%-də,75 yaşdan yuxarı 80%də rentgenoloji olaraq O/A öz təsdiqini tapır.Lakin bu "qocalıq xəstəliyidir"desək səhv olar.Əlamətlər 40-30,hətta 20 yaşlarda da müşahidə olunur. 
O/Anın inkişafının, yaranmasının səbəb mexanizmi əvvəla oynaq səthinə düşən mexaniki yüklənmə ilə oynağın həmin yükə davam etmək qabiliyyəti(dözümlüyü) arasındakı tarazlığın pozulmasıdır, buna səbəb isə oynaq qığırdağının yetməməzliyi və ya hədsiz ziyada dağılmasıdır(bu tərəzi gözü kimi sxemdəki şəkildə əyani olaraq göstərilmişdir). 
O/A 1li və 2cili olur.Ümumən desək artroz dedikdə onurganın faset oynaqlarından tutmuş barmaq falanqaarası oynaqların da bu xəstəliyə məruz qalması anlamına gəlir(təkcə diz, bud-çanaq oynağı deyil). 
1cili O/A idiopatikdir, konkret hər hansı səbəbi tapmaq olmur. Yerləşməsinə baxaq. 
1)Lokal olur. 
2)Bilək oynaqları(distal falanqaarası onaqlar-Heberden düyünləri və proksimal falanqaarası oynaqlar-Buşar düyünləri), bir də 1ci əl barmaq əsas falanqa-bilək oynağı-bunlara atipik forma da deyilir ki,2cili O/A dan bununla fərqlənir.sonuncuda istənilən oynaq zədələnə bilər. 
3)Diz oynağı. 
4)Bud-çanaq oynağı. 
5)Ayaq pəncəsinin 1ci barmaq oynaqları 
6)Onurgada faset oynaqlar 
7)Generalizəolunmuş(3 və daha çox oynaq eyni zamanda prosesə cəlb olunur). 
2cili O/A xarici və daxili faktorların təsirindən baş verir. 
Daxili faktorlara yaş, qadın cinsi, skeletin inkişaf defekti, irsi meyllik, xarici faktorlara travma, idmanda professional hədsiz yüklənmələr, artıq çəki aid edilə bilər. 
Xarici faktorları incəliyək. 
1)Travma 
2)Bud-çanaq oynağının anadangəlmə displaziyası 
3)Oynaqların statik pozğunluqları-yastıpəncəlik, aşagı ətrafların "O" vari,"X"vari deformasiyaları, onurğa problemləri 4)Metabolik pozğunluqlar(hemaxromatoz, oxronoz)və s 
5)Endokrin pozğunluqlar-akromeqaliya, hipotireoidizm, şəkərli diabet və s. 
6)Revmatik iltihabi xəstəliklər 
7)Oynaqların istənilən iltihabi xəstəlikləri. (Bu haqda gələn bölmələrdə açıqlamalar verəcəm) 
O/A nın inkişaf stadiyaları: 
1)Normal oynaq və kafi dərəcədə nəzərə çarpan oynaq qığırdağı 
2)Erkən stadiya-oynaq qığırdağında dəyişikliklər baş verir, qığırdaq incəlir və oynaq yarığı daralır 
3)Geçikmiş stadiya-qığırdaq zədələnir.qığırdaq altındakı sümük qalınlaşır və deformasiyaya uğrayır, sümük ətrafında atmalar-artımlar inkişaf edir ki, buna da osteofit deyilir (bu çox problemli geniş mövzu olduğu üçün hələ buna qayıdacağıq). 
Bəs nə edək ki, yuxarıda faktorlar sizi əlilliyə gətirib çıxarmasın. 
DİQQƏT!!! MİLANA HOSPİTALDA YENİ TEXNOLOJİ (analoqu olmayan)APARATLARDAN TUTMUŞ ÇƏKİ PROBLEMİNİ HƏLL EDƏCƏK DİETOLOQ(Laçın x.Abbasova), YÜKSƏK PEŞƏKAR REABLİTASİON BRİQADA VƏ MƏN .22 illik TRAVMATOLOQ-VERTEBROLOQ TƏCRÜBƏMLƏ SİZLƏRİN XİDMƏTİNDƏYİK. OSTEOARTROZUN ERKƏN STADİYASİNDAN TA Kİ GECİKMİŞ STADİYAYA KİMİ OLAN PROBLEMİNİZİN HƏLLİ BİZİM ƏLİMİZDƏ. 
YADDAN ÇİXARMAYİN Kİ, OSTEOARTROZ DÜNYA ƏHALİSİNİN10%-DƏ ƏLİLLİYƏ SƏBƏB OLMUŞDUR.BU GÖSTƏRİCİ 2020 Cİ İLƏ KİMİ HƏLƏ ARTACAQ.

Müəllif: "Vertebroloq" Dr. Səriyyə Hüseynova 

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan