Bel ağrıları
Опубликовано в:
| 2019-05-24
Bel ağrıları-yaranma səbəbindən asılı olmayaraq gedişinə görə belə bölünür;
Kəskin-6həftəyə kimi davam edir. Yarımkəskin-6-12 həftə
Xroniki-12 həftədən çox.
Bel ağrıları yerləşməsinə görə belə bölünür
Lümbalgiya-bel nahiyədə.
Lümbaişalgiya-beldə olan ağrılar aşağı ətrafa irradiasiya edir.
Sakralgiya-oma nahiyədə olan ağrılar.
Koksiqodiniya-büzdüm nahiyə ağrılarına bölünür.
Kəskin intensiv bel ağrısında termin olaraq lümbaqo da işlənir.
Əgər əvvəllər deyilirdisə ki, kəskin bel ağrıları reqressiya edir, lakin müasir epidemioloji göstəricilərə əsasən isə hər üçüncü xəstədə bel ağrıları bir ildən çox davam edir, xəstələrin 50%-də isə il ərzində ağrılar residiv verir(qayıdır). Bu o demək ki, xroniki bel ağrıları çox yayılıb, bu üzdən qarşısının alınması, diaqnostikası və müalicəsi mürəkkəb, lakin həll olunası problemdir.
Bel ağrıları xroniki hala keçmə səbəbləri isə bunlardır:
1.İrsi meyllik
2.biomexaniki faktorlar
3.Kumulyativ travma
4.Onurğanın degenerativ-distrofik prosesləri(yırtıq, skolioz və s.) Əzələ-bağ-vətər strukturunda neyrodistrofik dəyişikliklər
5.Mərkəzi Sinir Sisteminde ikincili neyrofizioloji dəyişikliklər
6.Affekt pozğunluqları
7.Sosial-psixoloji faktorlar.
Son zamanlar "dorsopatiya"(lat.dorsum onurğa demək)termini bel ağrıları ilə müşayiət olunan heterogen xəstəliklərində geniş istifadə olunur. Dorsalgiya termini isə yaranma səbəbindən asılı olmayaraq bütün onurğa ağrılarında istifadə edilir.
DİQQƏT. VERTEBROLOQUN VƏZİFƏSİ:
Ağrıların nosiseptiv (ağrı reseptorları zədə nahiyədə aktivləşir), nevropatik (sinir sistemi-qabıq ve onurğa beyni qanqlionları prosesə cəlb olunur), psixogen deyilən 3 faktordan asılı olaraq müalicənin seçilmesi de fərdi xarakter daşıyır.
Bəzi idman hərəkətlərini təqdim edirik.
Nə zaman, neçə dəqiqə məşgul olmaq lazım olması barədə bundan əvvəlki bölmədə qeyd etmişəm. Kəskin, xroniki bel ağrılarından zamanında ve düzgün azad olmaq üçün MİLANA HOSPİTALDA XÜSUSİ APARATLARİN VE SƏRİŞTƏLİ BRİQADANİN KÖMƏYİNDƏN YARARLANA BİLƏRSİNİZ.
Həyat tərzini düzgün planlayın ki, xəstələnməyəsiniz.
Müəllif: "Vertebroloq" Dr. Səriyyə Hüseynova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir