Bel ağrısı nədir? Osteoxondroz nədir?

Bel ağrısı nədir? Osteoxondroz nədir?

Опубликовано в: | 2019-05-23
Bel ağrısı nədir? Osteoxondroz nədir?
Bel ağrısı səhiyyə problemləri içinde ən aktual yer tutmaqdadır.Həyat boyunca 60-90%,il ərzində isə 25-40% halda rast gəlinir.Çox zaman ağrı qısa müddətli olur,4%halda uzun müddətli əmək qabiliyyətinin itməsinə,1%halda isə davamlı əmək/qab.pozğunluğuna səbəb olur. Bel ağrıları vertebrogen(onurğa mənşəli) ve qeyri vertebrogen mənşəli olur. 
Vertebrogen mənşəli bel ağrılarına səbəb ;
1.Degenerativ-distrofik dəyişiklikler-yırtıq, artroz faset oynaqlarda, onurğa kanalının stenozu, ossifikasiyalı liqamentoz  2.Travmalar
3.İnkişaf anomaliyaları
4.birincili metastatik şişlər 
5.spondilitlər-infeksion(qeyri spesifik irinli spondilit, vərəm,brusellyez, göbələk) ve qeyri-spesifik(revmatoid artrit, ankilozlu spondiloartrit ve digər seroneqativ spondiloartropatiyalar)
6.Metabolik spondilopatiyalar(menopauzal osteoporoz, hiperparatireoz ve s)
7.Neyrogen spondiloartropatiya(sifilis, sirinqomieliya, şəkərli diabet) 
8.İnkişaf anomaliyaları ve onurga displaziyaları. 
Qeyri vertebrogen bel agrılarının səbəbləri; 
1.əzələ ve bagların gərilməsi. 
2.miofassiyal sindrom. 
3.fibromialgiya.
4.miozit. 
5.daxili orqan xəstəlikləri. 
6.aorta anevrizması. 
7.Peritonarxası proseslər. 
8.Bud-çanaq oynağının artrozu. 
9.psixi pozgunluqlar. 
Osteoxondroz-onurğa fəqərəarası disklərin patoloji vəziyyəti olub ağrı sindromu ilə müşayiət olunur. 
Osteoxondrozun yaranmasına səbəb faktlar; 
1.Onurğanın statik ve fiziki yüklənmələri, qeyri-düzgün qamət, onurğanın inkişaf qüsurları, vibrasion təzyiq, uzun müddət eyni vəziyyətdə durmaq ve oturaqlıq.
2.onurğa travmaları, zədələnmə,kompression sınıq, əməliyyatlar. 
3.Yaş faktoru-əslində hər yaşda yarana bilər, lakin 50 yaşdan 85-90% təşkil edir. DİQQƏT! QAYDALAR; BEl ağrısı bir dəfə olsa belə, hətta qısamüddətlidirsə belə həkime müraciət etmək lazım. Müayinə olunmaq lazım. 
Kəskin ağrı dövründə ilk 3-4 gün sakitlik vermək lazım. Ani tezlikli hərəkətlər etməyin, əyilmələr olmasın, provakasiyaedici hərəkətlərdən (agırlıq qaldırmaq, soyuqdəymələr)uzaq olun 
1.Kəskin ağrılar zamanı ağrı sindromu bir az azaldıqdan sonra müalicəvi idman hərəkətlərini etmək olar. 
2.beş-on gün müddətə vəziyyət normallaşmırsa mütləq stasionar rejimi. 
3.Sidik ifrazı sistemində pozğunluq verərsə, aşağı ətraflarda zəiflik olarsa mütləq stasionar.(ya da ambulator 20 gün həkim nəzarəti ilə müalicə) 
4.Dərman-medikamentoz terapiya həkim təyinatı ilə olmalı. 
5.Qəti olaraq heç bir halda həkim tərəfindən təyin olunmuş müalice kursunu dayandırmamaq. 
6.mualicə gimnastikalarını edərkən bədəni yormamaq.Daha yaxşı olar ki, gündə bir neçə dəfə, hər dəfə 5-7 dəq etmək, nəinki 30-40 dəq bir dəfə etmək.vəziyyət stabilləşəndən sonra gimnastika müddətini uzatmaq olar. 
Əgər sizə osteoxondroz diaqnozu qoyulubsa, heç narahat olmayın, həyat üçün təhlükəli deyil. LAKİN düzgün və vaxtında müalicə etmədikdə zaman keçdikcə əlilliyə gətirib çıxara bilər.(bu mövzuya hələ qayıdacağıq) 
Düzgün müalicə isə əlbəttə MİLANA VİP HOSPİTALDA xüsusi analoqu olmayan alman-fransız aparatları vasitəsilə, dərmanlarla yüklənmədən mən vertebroloq həkimin nəzarəti altında yüksək peşəkar reablitasiya briqadasının köməyilə aparılır.

Müəllif: "Vertebroloq" Dr. Səriyyə Hüseynova

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan