Gənc həkim haqqında bilmədiklərimiz

Gənc həkim haqqında bilmədiklərimiz

Опубликовано в: MÜSAHİBƏ | 2019-05-22
Gənc həkim haqqında bilmədiklərimiz, genc hekim haqqinda bilmediklerimiz
2016-cı ildə Rezidentura təhsilini başa vuran həkimimiz Səhiyyə Nazirliyinin təyinatı ilə cəbhə bölgəsinə, Ağdam rayonuna göndərilərkən hər kəsin qınağına səbəb olmuşdur.
Lakin o, həyat yoldaşının dəstəyi ilə bu rayonda həkim-laborant kimi işləməyə başladı. Dr. Növrəstə: işləməyə başladığım ilk günlər gözlədiyim dəstəyi hiss etmədim. Düzdür, çətin olacağını bilirdim, lakin bu çətinliklərin bilərəkdən yaranacağını düşünməzdim.

Aprel döyüşlərində isə yoldaşımın təkidinə baxmayaraq xəstəxananı tərk etmədim.Bunu görən yoldaşım isə təkidindən vaz keçib, yaralılara, insanlara kömək etməklə öz insanlıq vəzifəsini yerinə yetirdi. O gündən sonra həm xəstəxana işçilərinin, həm rayon əhalisinin böyük hörmət və sevgisini hiss etdim. Hətta dönəmin baş həkimindən təşəkkürnamə belə aldım. Digər həkimlər durarkən məhs mənim bu mükafata layiq görülməyim gözlənilməz bir şey idi. Həmin günlər mən sadəcə yaralıların analizlərini işləmirdim, həmçinin qəbul edir, ilk yardimi gosterirdim və əlimdən gələni edirdim.



Bilirsiniz, əgər həkim çatışmazlığı olan bir rayonda işləyirsinizsə, orda hər bir ixtisasdan məlumatınızın olması vacibdir. Uzun məsafələr qət edib digər rayonlara getmək pasientlər üçün çətindir, xüsusən kənd əhalisi üçün. Onlara yerində müdaxilə və ya məsləhət lazımdır. Bunun üçün ginekoloji, cərrahi kurslara getməyi özümə borc bildim. Halbuki laborant həkimin bunları bilməsi o qədər də vacib deyil. Ancaq pasientlərə verdiyim məsləhətlər, yönləndirdiyim istiqamətlərdən sonra onların gözlərindəki sevinc, dillərindəki təşəkkür ifadələri məni çox sevindirir.
Öncələr həkimlərin məsləhət bildikləri analizləri işləyirdik, indi isə hətta pasientləri bir-başa qəbul edib, xəstəliklərinə uyğun ixtisaslı həkimlərə yönləndiririk. 3-il bitib artiq.



Hazirda Ağdam rayon Uşaq poliklinikasının laboratoriya həkimi, Medilab klinik diaqnostik laboratoriyasının şöbə müdiri işləyirəm. Bu işdə mənə ilk növbədə həyat yoldaşım, həmçinin bölgənin məşhur həkimləri və mənimlə işləyən 8 xanım- kollektivim dəstəkdir.

Rayonlara getmək istəməyib, Bakıda və ya digər böyük şəhərlərdə işləyən kolleqalarım üçün stimul olacaqsa, qeyd etməliyəm ki, rayon əhalisinin səmimiliyini, rayonun tıxacsız yollarını, gözəl təbiətini, təmiz havasını, təmiz qidasını və insanların hörmətini heç yerdə görə bilməz və tapa bilməzsiniz. Hazirda klinikamızda hər ay Bakının məşhur müxtəlif ixtisaslı həkimlərini qonaq edib, xəstələrin ehtiyaclarını qarşılayırıq.



Təyinat müddətimin bitməsinə baxmayaraq, rayonda fəaliyyətimə davam edəcəm. Artıq bu mənim borcum yox, istəyimdir.

Müəllif: "Laborant" Dr. Növrəstə Atayeva



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan