Uşaqlıqdankənar hamiləliyin müalicəsi əməliyyatsız mümkündür?
Опубликовано в:
XƏSTƏLİKLƏR
| 2019-05-22
Əvvəllər əməliyyat yolu uşaqlıqdankənar hamiləliyin yeganə müalicə yolu idi. Lakin zaman keçdikcə dərman metodları da işlənib hazırlanmışdır. Medikamentoz müalicə heç də həmişə və heç də hamıya yaramır, lakin uşaqlıqdankənar hamiləlik erkən mərhələdə olduqda və embrionun ölçüləri böyük olmazsa, onda ginekoloq sizə dərman preparatı təyin edə bilər. Bu elə bir preparatdır ki, embrion hüceyrələrinin bölünməsinin qarşısını alır və onun məhv olmasına səbəb olur. Preparatın uşaqlıqdankənar hamiləlik dövründə tətbiq edilməsi üzrə bir neçə sxem mövcuddur. Həkiminiz sizin üçün ən uyğun sxemi seçəcəkdir.
Müəllif: Cərrah "Mama-ginekoloq" Dr. Fəxranə Hüseynzadə
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Müəllif: Cərrah "Mama-ginekoloq" Dr. Fəxranə Hüseynzadə
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir