Mərkəzi Gömrük Hospitalın İtaliyanın tibb müəssisələri ilə qarşılıqlı əməkdaşlığı müzakirə olunub

Mərkəzi Gömrük Hospitalın İtaliyanın tibb müəssisələri ilə qarşılıqlı əməkdaşlığı müzakirə olunub

Опубликовано в: BLOQ | 2019-05-21
Mərkəzi Gömrük Hospitalın İtaliyanın tibb müəssisələri ilə qarşılıqlı əməkdaşlığı müzakirə olunub, merkezi gomruk hospitalin italyanin tibb muessiseleri ile qarshiliqli emekdashligi muzakire olunub
   




     14 may 2019-cu il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan-İtaliya tibb sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı çərçivəsində görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov və İtaliyanın Azərbaycanda Səfriliyinin tibbi konsultantı kimi fəaliyyət göstərən professor Franko Nakarella iştirak ediblər.

Görüş zamanı İtaliyalı qonaq, 2018-ci ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə görüş çərçivəsində müzakirə olunan qeyri-neft sektorunun inkişafı və ölkələrarası əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan razılıq barəsində söz açıb.

Xatırladaq ki, hələ 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya ilk rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənmiş, səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış müqavilələr Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. Bu əlaqələr daha da inkişaf etmiş, genişlənmiş və müxtəlif sahələri əhatə etmişdir.

Professor Franko Nakarella qeyd edib ki, hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində ikitərəfli iş aparılır. Fəaliyyət Planında tibb sahəsinin inkişafı da nəzərdə tutulub və Azərbaycan tərəfini təmsil edən bir sıra Tibb Mərkəzlərinin siyahısına Mərkəzi Gömrük Hospitalı da daxil edilib. İlkin razılaşmaya əsasən Uşaq Kardiocərrahiyyəsi və Xəstəxana İdarəetməsi sahəsində ikitərəfli əməkdaşlığın qurulması planlaşdırılır. Eyni zamanda tibb sahəsində təhsil alan tələbələr və rezident həkimlər, aktiv fəaliyyət göstərən həkimlər və tibb bacıları ölkələrarası təcrübə mübadiləsində iştirak edəcəklər.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalın bu əməkdaşlıq çərçivəsində növbəti görüşün iyul ayında keçirilməsi nəzərdə tutulub.



Müəllif: Mərkəzi Gömrük Hospitalı


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan