Spontan qısa müddətli huş itirmə halıdır, beyinə gedən arterialarda oksigen və ya qan axınının azalması, xüsusən də aşağı qan təzyiqi nəticəsində yaranır. Uşaqlar arasında təxminən 15% olur.
Yanaşı simptomlar:
Tərləmə, rəngi dəyişmə, ürək döyüntü hissi, tez-tez və dərin nəfəs alma, ürək bulanma, qeyri iradi sidiyə çıxma, sirkələmə ola bilər. Prodromal periodda tərləmə, gözün qabağında kölgə,baş gicəllənmə,soyuq və ya istilik hissiyatı, tunnel vision, visual qara ləkələr, səs eşitmə varsa daha çox nevroloji senkopun əlamətidir. Bu vagal tonusun yuxarı olmağının və avtonomik disbalansın nəticəsidir. Lakin senkop hərəkət vaxtı yaranıbsa bu çox vaxt ciddi ürək xəstəliyinin göstəricisidir. Həmçin emosional və psixoloji stressdə aritmiya yarana bilir və huşitirmə ilə nəticələnir. Ailədə səbəbsiz qəfləti ölüm anamnezi varsa uzun QT sindromu, Brugada sindromu, hipertrofik obstruktiv kardiomiopatiya kimi xəstəliklər düşünülməlidir.
Əgər uşaqda yanaşı olaraq qızdırma, yüksək ürək döyüntüsü varsa təcili ürək müyinəsindən keçib miokardit, perikardit kimi xəstəliklər yönündən dəyənləndirilməlidir. Qapaq xəstəlikləri , anadangəlmə koronar anomaliyalar, Tetrada Fallo spell epizodu da senkop halını verə bilər. Beləliklə, kardioloji səbəblər çoxdur və hər bir uşağa individual yanaşılmalıdır.
Müəllif: "Uşaq Kardioloqu" Dr. Dinarə Məmmədzadə
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir