Virus hepatitləri çox geniş yayılmış xəstəliklərdən hesab olunur. 170 milyon civarında dünyada hepatit c xəstəsi var, hepatit b xəstələrinin sayı isə 250 milyondan artıqdır. Bu xəstəlikləri aktual edən həm də onların ölüm göstəricilərinin yüksək olmasıdır. Müalicə olunmadığı təqdirdə sirroz və qaraciyər xərçənginin əmələ gəlməsinə səbəb olur.
Hepatit adından göründüyü kimi qaraciyər toxumasının iltihabı prosesidir (sonu "it" ilə bitən tibbi terminlər iltihab prosesini bildirir). Virus hepatitlərinin 5 növü var, ən geniş yayılanı hepatit b və c virus infeksiyalarıdır. Qaraciyərin iltihabı zamanı ALT, AST və GGT fermentlərinin qanda miqdarı artır. Bu fermentlər transferazalar qrupuna aiddir və qanda miqdarının artması qaraciyər zədələnməsinin ən həssas göstəricisidir. Qaraciyər qarın boşluğunun sağ-üst hissəsində yerləşir. Hüceyrəarası maddədən, hüceyrələrdən, öd yollarından və qan damarlarından ibarətdir. Qaraciyər orqanizmdə ən böyük vəzli üzv olub 500' dən artıq vacib metabolik funksiya yerinə yetirir. Qaraciyərin sinir təchizatı zəifdir, ağrı reseptorları yoxdur, odur ki, qaraciyər xəstəlikləri ağrı olmadan, gizli gedir. Ağrı yalnız qaraciyər çox böyüdükdə onun kapsulasının gərginləşməsi zamanı və ondan keçən öd yollarının spazmı zamanı müşahidə oluna bilər.
Hepatitlər də əksərən gizli gedir və təsadüfi müayinələr, cərrahi əməliyyatönü yoxlamalar, qan bağışlama, check up muayinələr zamanı təsadüfən aşkar olunur. Xroniki hepatitlərin ən çox rast gəlinən simptomu halsızlıq, yorğunluq, aşağı ətraflarda ağrının olmasıdır.
Hepatit C əsasən qan təması, hepatit b qan təması və cinsi əlaqə yoluyla, hər ikisi yoluxmuş hamilədən yenidoğulana yoluxur. Hepatitli xəstələrlə cinsi əlaqədə olanlar və hepatitə yoluxmuş hamilələrdən doğulan uşaqlar risk daşımaqdadırlar. Hepatitlərin diaqnozu qandan onların antigen və antitellərinin və ya pcr üsulu ilə virusun DNT və RNT'lərinin təyin olunması ilə qoyulur. Hepatit C artıq tam müalicə olunan xəstəlikdir. 3 aylıq müalicə kursu ilə tamamilə sağalır. Hepatit B xəstəliyi də müalicə olunur ancaq hepatit B virusunu bugün tamamilə yox edən dərmanlar yoxdur.
Müəllif: "İnfeksionist-Hepatoloq" Mərdan Əliyev
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir