Əməliyyatsız ayaq estetikası

Əməliyyatsız ayaq estetikası

Опубликовано в: BLOQ | 2019-05-07
Əməliyyatsız ayaq estetikası, emeliyyatsiz ayaq estetikasi
Əyri ayaq düzəltmə əməliyyatlı və əməliyyatsız olmaqla 2 üsulla mümkündür. Sümüklə bağlı prosedur, yəni əməliyyatlı üsul çətin və riskli olduğu üçün adətən əməliyyatsız üsulla ayaq düzəltməyə üstünlük verilir.

Əyri ayaq nədir?
Əyri ayaq qadınların ən çox mübarizə apardığı mövzulardan biridir. Əyri ayaq əslində ayaqlarda diz üstü hissə ilə diz altı hissənin arasında uyğunsuzluğun olmasıdır. Ümumiyyətlə diz üstü hissə qalın olur, diz altı hissə isə ya sümük əyriliyi ya da ayağın iç hissəsində toxuma həcminin yetərsizliyi səbəbiylə ayaqlar “O “ şəklində görünür. 

Əyri ayaqlar bir çox qadında psixoloji problemlərə səbəb olur. Klinikamıza müraciət edən bir çox xəstələrimiz də “əyri ayaq necə düzəlir” sualını bizə verirlər. Bu yazımızda əyri ayaq müalicəsi üsullarını açıqlayacayıq. 

Əməliyyatsız əyri ayaq müalicəsi necə həyata keçirilir?
Yuxarıda da qeyd etdiyimiz kimi, əyri ayaqların səbəbi diz altı hissədə toxuma həcminin yetərsizliyidir, yəni ayaqların diz yuxarı hissəyə görə çox incə olmasıdır. İncə olan bu hissəyə yağ transferi etməklə və ya qalıcı təbii dolğular enjektə etməklə əyri ayaq problemini aradan qaldırmaq mümkündür.

Yağ transferi: Aparılan klinik araşdırmalar və bir çox əyri ayaq estetikası edən həkimlərin təcrübəsi yağ transferi ilə düzəldilən ayaqların tez bir zamanda əvvəlki halına qayıtdığını göstərir.Ayaqların qalın hissələrindən alınıb incə hissələrinə transfer edilən yağ toxumaları bir müddət sonra orqanizm tərəfindən sovrulur. Bu da xəstələrdə ümidsizliyə səbəb olur. Digər dolğu prosedurlarında isə hidrofilik gel istifadə olunaraq görüntü 8 ilə qədər uzadılır.

Əməliyyatsız əyri ayaq estetikası hansı üsulla aparılmasından asılı olmayaraq uzman həkim tərəfindən və gigiyena qaydalarına cavab verən klinika şəraitində aparılmalıdır. Əyri ayaq estetikası incə ayağı qalınlaşdırmaq və ya ayaq şəkilləndirmək kimi problemlərlə klinikamıza müraciət edən xəstələr ilk öncə uzman həkimimiz tərəfindən ödənişsiz müayinə olunur və həyata keçiriləcək müalicə üsulu haqqında məlumatlandırılır.

Müəllif: Estebel Estetik mərkəzi


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan