Sosial fobiya

Sosial fobiya

Опубликовано в: BLOQ | 2019-05-07
Sosial fobiya
 Sosial fobiya-sosial təşviş-həyəcan pozğunluğudur. İctimai çıxışlara və fəaliyyətə qarşı qeyri-rasional qorxunun olmasıdır. Küçədə gedərkən insanların onlar haqqında nə fikirləşməsi ,insanların baxışlarında özlərinə qarşı məna axtarmaq , məclisdə olarkən özlərini müşahidə altında hiss etmək kimi hallarla özünü göstərir. Bütün bu sadalananlar insanın təsəvvürünə bağlı olan hallardır . Belə insanların çevrəsində dost bildikləri insan az olur. Sosial fobiya bur çox hallarda (50%) hələ erkən uşaqlıq dpvründə başlayır (11 yaşdan) 80% insanlarda isə bu hal 20 yaşdan başlayır. Xəstəlik velə erkən başladığına görə yanaşı gedən bur sıra pataloji simptomlar yaradır. Depressiya və ya narkotik vasitələrdən istifadə və s. Sosial fobiyanın psixoloji tərəfləri: dərinin qızarması, hiperhidroz (tərləmə) , tremor , ürəkdöyüntüsünün artması, ürəkbulanma. Sadalanan psixoloji simptomlara :stupor , tələsik başa düşülməyən nitq, təşviş-həyəcan yüksək olarsa panik atak əlamətləri yarana bilər. Erkən diaqnostika bu əlamətləri üzə çıxardaraq vaxtında aparılan psixoterapiyalardan sonra pasientin vəziyyətində yaxşılaşma ilə nəticələnir. Sosial fobiyada yaranmış depressiyaya görə bu xəstəliyə “itirilmiş fürsət” adı verilib. 

Müalicəsi:
Ən effektli metod koqnitiv davranış psixoterapiyasıdır . Ən əsası isə koqnitiv davranış terapiyasını qrup terapiyası və ekspozisiya ilə birgə tətbiq etmək. Pasient qrup terapiyası zamanı təşviş-həyəcan sindromu ilə mübarizə aparır, bu isə onun cəmiyyətdə yerini tapmaqda kömək edir . Koqnitiv metod isə pasientdə özünə dəyəri bərpa edərək situasiyaya qiymət verməkdə kömək edir. Bu psixoterapiya zamanı pasientdə yaranmış təşviş-həyəcan sindromunu dəf etmək üçün düşüncələrdə çevriliş olunur və yaranmış vəziyyətdə özgücünə inanaraq yarana biləcək fiziki simptomları dəf edir. 

Relaks terapiyadan da istifadə etmək məqsədyönlüdür. 
Antidepressantar:
1) Selektiv inqibitor olaraq serotoninin tərs tutulması
2) Serotonin və noradrenalin sintezinin tərs tutulması
3) Monoaminokudoza inqibitoru: malobemid

Qısamüddətli müalicə üçün benzodiazepin (klonozepan) istifadə olunur. Lakin eyni preparatlardan uzunmüddət istifadə etmək olmaz. Preparatları dəyişmək lazımdı, eyni preparatdan istifadə gələcəkdə depressiv halların yaranmasına səbəb olur.

Simptomları:
Koqnitiv- Sosial fobiyadan əziyyət çəkən insanlar ətrafdakı insanların yəni “cəmiyyətin müşahidəsindən” “dəhşət” yaşayırlar. Onlar bütün fikirlərini özlərinə yönəldir, necə geyinəcəyinə , davranmasına ,danışmağına xüsusi fikir verərlər. Özlərinə qarşı hədsiz yüksəlmiş tələbatla davranırlar. Sosial-fobiyadan əziyyət çəkən insanlar qarşı tərəfdə müsbət rəy yaratmaq üçün car gücünü sərf edir lakin bununla bərabər özünü əmin edir ki, xoş təəsurat yaratmağı bacarmadı. Belə insanlar dəfələrlə beynində qurduğu ssenaridə özlərinin harda səhv etdiklərini analiz edər və həyəcan-təşvişi dəf etməyin yolunu axtarar. Belə insanların düşüncəsi qyri-adekvat olur və özlərində hər zaman mənfi cəhətləri axtarırlar. Belə şəxslərdə yaşanmış vıziyyət sayrışan hallar şəklinə keçir və onlar yaranmış stress vəziyyəti həftələrlə yaşaya bilirlər. Təsdiq olunmuş məlumatlara görə belə insanlar neqativ fikirləri yaddaşda çox saxlayırlar və hətta adi halda unudulacaq fikirlərə çox önəm verirlər. Bu da gələcəkdə onların verə biləcək qərarlarına təsir edir. 

Davranış:
Qeyd edildiyi kimi sosial-fobiya və ya sosial -təşviş pozğunluğu geniş və davamlı olaraq yaranmış hər hansı bur vıziyyətdə uzunmüddətli olur. Şəxs onu əhatə edən insanlardan onların ona verəcəyi dəyərdən ehtiyatlanır ki onun haqqinda pis düşünməsinlər. Bu hal bildiyimiz “utancaqlıq” halından çox fərqlənir və şəxsin həyatında ciddi pozğunluqlara səbəb olur . Belə şəxslər insanlarla ünsiyyətdən qaçır ,xüsusilə qrup halında toplantılardan imtina edirlər görüşə və müxtəlif tədbirlərdə iştirakdan boyun qaçırırlar. Tanımadığı insanla kontakta girmir, restoran və kafeləri sevmədiklərini bildirirlər. Sosial fobiyası olan insanlar söhbət edərkən gözlərini gizlətməyə çalışırlar. 

Tanınmış psixoloq B. F. Skinnerin fikrinə görə fobiyalar “uzaqlaşma” davranışl ilə xarakterizə olunur. İnsan sanki həyəcan təşviş yaradan vəziyyətlərdən qaçır. 

Fizioloji effektlər:
Fizioloji effektlər həyəcan spektrı olan digər xəstəliklərdəki kimi olur. Böyüklərdə gözyaşı ,hədsiz tərləmə , ürəkbulanma ,nəfəs darlığı ,ətraflarda titrəmə ,ürək ritminin dəyişilməsi sanki “vur və ya qaç” reaksiyasının işə düşməsi kimi olur. Bu hal zamanı insanın yerişi dəyişə bilər ( xüsusilə kütlənin yanından keçərkən) Görünən dəri qatının qızarması da sosial-fobiyadan əziyyət çəkən insanlarda olur. 

DSM 5də statistik olaraq belə insanlar parurez (sidiyə getməyə qorxu və ya sidiyin olmaması) əziyyət çəkirlər və bu ancaq sosial-fobiya yaşayan insanlara məxsus olur 

Digər pozuntularla əlaqəsi:
Sosial fobiyanın digər psixi pozuntularla yüksək əlaqəsi (komorbidliyi) var. Adi halda sosial-fobiyanı özünədəyərin olmaması, depressiya , uzunmuddət insanlardan izolyasiya olmuş şəraitdə yaşama, kənar şəxslərlə übsiyyətdə nəhdudluq qoyulması və bunun fonunda yaranmış fobiya ola bilər. Belə şəxslər fobiyadan və droressiyadan qurtulmaq üçün alkoqol və narkotikdən istifadə edə bilər, bu isə öz növbəsində onlarda asılılıq yarada bilir. Əldə olunmuş statistik məlumatlara görə alkoqol qəbul edən insanların 20%i məhz sosial fobiyadan əziyyət çəkənlərdir. Sosial-fobiya ilə yanaşı gedən psixi pozuntu məhz depressiya olur. Sosial fobiyadan əziyyət çəkənlərə panik pozuntular generalizə olunmuş təşviş sindromu ,postravmatik stress pozuntusu ,suisidə meyillilik hallar ilə özünü xarakterizə edir.

DSM 4də qeyd olunur ki, əgər insanın pozuntuları ayistik spektrə bağlıdırsa o sosial -fobiya xəstəsi ola bilməz. Məs: Asperger sindromu və Autizm. Bəzi insanlar bu iki xəstəlikdən eyni vaxtda əziyyət çəkirlər. Aparılan muşahidələr autizm və sosial -fobiyanın arasındakı oxşarlığın 28% olduğunu qeyd edib . Sosial fobiya ilə bipalyoz pozuntu və diqqət pozuntusu arasında əlaqə olduğu qeyd edilir . Qəbul olunan antidepressantların təsirindən sosfobiyalı şəxslərdə hipomaniya müşahidə olunur.

Yaranma səbəbləri:
Tədqiqatlar həm neyrobioloqlar həm sosioloqlar tərəfindən aparılmışdır. Nəticədə sosial fobiyanın irsi meyillikdən və şəxsi əhatə edən sosial mühitdən yaranması aşkarlanmışdır. 

İrsi və ailə faktorları:
Genetik olaraq uşaqlar valideynlərdən birinin keçirdiyi fobiyaya məruz qalırlar hətta əkiz uşaqların birində bu fobiya varsa digərində də yaranma riski 30%-50% təşkil edir. Uşaqlar körpəlikdən valideynində müşahidə etdiyi bir şeyi normal qəbul edirsə sosfobiyalarda da bu belə olur. Hətta götürülmüş uşaqlar sağlam olsalar belə sosfobiyası olan valideynləri müşahidə etməklə özlərində gələcəkdə sosial fobiyanın yaranmasına gətirib çıxarır. Keçmişdə baş vermiş ünsiyyətin mənfi epizodları.

Keçmişdə yaşanmış üzüntülər, aldadılma və s insanda sonrakı illərdə sosial fobiyanı yarada bilər. Yaranmış vəziyyət təkcə öz yaşadiqlarına yox, digər insanların yaşadığı təcrübəyə də əsəslana bilər.

Digər pozuntularla gifferansiya etmə:
1) Aqorafobiya
2) Sindrom Aspergera
3) Utancaqlıq
4) Xikikomori
5) Taydzin kyufysye
6) Natamamlıq kompleksi

Müəllif: "Psixoloq" Dr. Könül Abbasova

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan