Diabetes İnsipidus (Şəkərsiz Diabet)

Diabetes İnsipidus (Şəkərsiz Diabet)

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-05-06
Diabetes İnsipidus, Şəkərsiz Diabet, shekersiz diabet
Şəkərsiz Diabet-hipofiz vəzində ifraz olunan ADH ( antidiuretik hormon) ifrazın olmaması vəya böyrəklərin bu hormona cavabının olmaması nəticəsində meydana çıxır. Mərkəzi mənşəli olduqda ADH sintezi olmur, nefrogenik mənşəli olduqda ADH-ya renal cavab olmur. Nəticədə, çox su içilməsinə baxmayaraq, çox sıx sidik ifrazı da olduğu üçün orqanizmdə susuzlaşma baş verir və hipernatremiya olur. Normal insan sutkada 1,5-2 litr sidik ifraz edirsə, şəkərsiz diabetli şəxslərdə sutkalıq sidik ifrazı 2-21 litrə qədər artmış ola bilir.

Uşaqlarda şəkərsiz diabetin əsas əlamətləri:
çox su içmə, çox sidiyə çıxma
sidik saxlaya bilməmə, gecələr sidikqaçırm
kilo itkisi
boy artımının olmaması
qusma, qəbizlik
açıqlanamayan hərarət
halsızlıq, yuxululuq.

Xəstəliyin başlanğıc yaşı, səbəb olan amillərə görə dəyişkəndir, erkən yaşlardan etibarən də özünü büruzə verə bilir. Çox zaman səhvən şəkərli diabetlə səhv salına bilir. Diqqət çəkəcək çox su içmə,çox sidiyə çıxma hallarında mütləq həkimə müraciət etmək lazımdır.
Müalicə olunmasa həyati təhdidedici hallar ola bilir.

Müəllif: "Pediatr-endokrinoloq" Dr. Ləman Sultanova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan