Laparoskopik xoledoxotomiya, xoledoxoskopiya və xoledoxolitotomiya əməliyyatı

Laparoskopik xoledoxotomiya, xoledoxoskopiya və xoledoxolitotomiya əməliyyatı

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-04-29
Laparoskopik xoledoxotomiya, xoledoxoskopiya və xoledoxolitotomiya əməliyyatı
Öd daşi xəstəliyi zamani gündəlik həyatımızda rast gəldiyimiz: xoledoxolitiaz, postxolesitektomik sindrom, şarko triadasi, mexaniki sariliq, rezidual daşlar, xolangit, kəskin pankreatit və s. ağirlaşmalar xəstələri təhlükəli duruma salaraq onlarin həyatini təhdid edir. Müalicəsi isə həm bir sira texniki çətinliklərlə yanaşi daha mürəkkəb, uzunmüddətli və sosial-ekonomik olaraq əlverişsiz hesab olunur.
Müayinə metodlari ( MRI, ERCP, PST ) daha mürəkkəb, endoskopik müalicə metodlari isə çox vaxt ağirlaşmalarla müşahidə olunur və yaxud texniki çətinliklər üzündən effektsiz ola bilir. Xəstələrin cərrahdan digər mütəxəssisə-endoskopist həkimlərə müraciətinə səbəb olur. Təbii ki, bu durum qarşisinda bütün dünyada alternativ cərrahi müalicə metodlari axtarilib tapilmaqdadir. Bu mükəmməl metodlardan biri də laparoskopik intraoperativ xoledoxoskopiyadir ki, bu ağirlaşmalar zamani müxtəlif variantlarla tətbiq olunur. Bu da cərraha xəstəni daha güvənli müalicə etməyə, intraoperativ və postoperativ ağirlaşmalari minimuma endirməyə, əməliyyat xərclərini azaltmağa, postoperativ sagalma və xəstələrin sosial adaptasiya müddətini azaltmağa imkan verir.

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında 58 yaşli qadin patsient üzərində «Postxolesistektomik sindom: xoledoxun rezidual daşi, mexaniki sarılıq» diaqnozu ilə aparilan uğurlu əməliyyat zamani bu üsuldan istfadə edilmişdir və 2 ədəd 5mm və 1 ədəd 10mm portla xəstəyə laparoskopik xoledoxotomiya, xoledoxoskopiya və xoledoxolitotomiya əməliyyatı aparılmışdır. Əməlyyat laparoskopik bariatrik cərrah Aslan Abdullayev, həkim-endoskopoist Habil Hüseynov və həkim-rezident Ülvi Vəliyev tərəfindən icra olunmuşdur. Xəstə 18 saat sonra sağalma ilə stasionardan çixarilmişdir. Bu əməliyyatdan maraqli görüntüləri sizlərə təqdim edirik. Böyük əməy və məsuliyyətli işlərinə görə mütəxəssislərmizə öz dərin təşəkkürümüzü bildiririk və bu uğur münasibəti ilə onları təbrik edir, belə uğurların saysız-hesabsız davamını diləyirik.

Müəllif: "Ümumi və Bariatrik cərrah" Dr. Aslan Abdulla


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan