Şəkərli diabet xəstəliyi

Şəkərli diabet xəstəliyi

Опубликовано в: ЗАБОЛЕВАНИЕ | 2019-04-29
Şəkərli diabet xəstəliyi
Həkimə sual:
Mən 2-ci tip şəkərli diabet xəstəsiyəm, öz insulinim normada olsada endokrinoloqum mənə insulin müalicəsi təyin edib. Bu doğrudurmu?

Cavab:
Şəkərli Diabet xəstəliyi xroniki və ilərləyici bir xəstəlikdir. Zaman keçdikcə istifadə olunan şəkərsalıcı həblər (hətta masksimal dozalarda olsa belə), artıq qan şəkərlərini normallaşdırmağa kifayət etmir. Belə olan halda insulin müalicəsinə başlanılmalıdır. Statistikaya görə diabet stajı 10 ildən artıq olan 2-ci tip diabetlilərin 80%-i insulin müalicəsi alır. Bundan savayı, bəzi hallarda şəkərsalıcı həblərlə müalicə əks göstəriş olduqda (hamiləlik, qaraciyər və böyrək çatışmazlığı və s.) da, qanda insulin səviyyəsinin normal olmasına və hətta qan şəkərlərinin yüksək olmamasına baxmayaraq insulin müalicəsinə başlanılmalıdır.

Müəllif: "Endokrinoloq" Dr. Gülay Məmmədova


При использовании материалов активная гиперссылка на Tibbiportal.az обязательна
Чем мы можем вам помочь?
Copyrights © 2025 : BSA Company, Баку, Азербайджан Заявка
elan yerləşdir pulsuz elan yerləşdirelan