Əyriboyunluq
Опубликовано в:
| 2019-04-08
Xəstəliyin diaqnozu qoyulduqdan qısa müddət sonra passiv gərmə gimnastikalarına başlamaq lazımdır. Uşaq kürəyi üzərinə sərt bir yatağa uzadılır. Gimnastikanın ilk mərhələsində normal tərəfin qulağı o tərəf çiyninə dəyəcək şəkildə boyun yan tərəfə əydirilir. İkinci mərhələdə çənə gərgin tərəfdəki çiyinə yaxınlaşdırılacaq şəkildə döndürülür. Üçüncü mərhələdə baş geriyə qatlanan vəziyyətdə ikən, boyuna yana bükülmə və rotasiya hərəkətləri edilir. Hər hərəkətin sonunda boyun gərilmiş vəziyyətdə beş saniyə tutulur və bu akt iyirmi dəfə təkrarlanır. Bu məşğələ gündə 4-6 dəfə tətbiq edilir. Bu vaxt gövdə və xüsusilə kontraktura olan tərəf çiyin əl yardımıyla sabit tutulur. Gimnastikalar asta edilməlidir, yoxsa əzələdə qopma ola bilər. Gimnastikalar uşaq daha çox yatarkən və ya yedizdirildikdən sonra edilməlidir.Uşağın kürəyi üstünə yatması uyğun görülür. Uşaq boynunu səs gələn tərəfə aktiv çevirə bilməsi üçün normal tərəfi divara baxacaq şəkildə uzadılmalıdır. Uşaq kontraktura olan tərəfdən əmizdirilməlidir və oyuncaqlar bu tərəfdən uzadılmalıdır. Radio və televizor kimi əşyaların kontraktura tərəfdə yerləşdirilməsi uyğundur. Altı aylıqdan kiçik uşaqlarda effektiv passiv gərmə hərəkətləri tətbiq edildikdə 76-97% arasında nəticə əldə etmək olar. Hərəkət proqramı ən az 1 il davam etdirilməlidir.
Əzələ içində çapıq toxumasının nisbətinə görə hərəkət proqramının nəticəsi dəyişir. Əgər çapıq toxuması çoxdursa əzələnin elastikliyi azaldığı üçün gərilmə qabiliyyəti də düşür və hərəkət proqramı yetərli olmur. Digər tərəfdən 1 yaşından kiçik olmasına baxmayaraq, üz assimetriyası olan və ya boyun rotasiya hərəkətlərində ciddi məhdudiyyəti olanlarda passiv gərmə hərəkətlərindən nəticə almaq çətindir. Konservativ müalicənin 6 ay müddətində tətbiqinə baxmayaraq 1 yaşından böyük uşaqlarda nəticə alınmırsa, əməliyyat məsləhət görülür.
Müəllif: "Travmatoloq-ortoped" Dr. Emil Kazım
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir