Artıq o da eşidir
“Nargis” Fondunun dəstəyilə anadangəlmə eşitmə qüsuru olan Murad Muradlının üzərində Mediline Group Assistance vasitəsilə yola düşdüyü Türkiyənin “Kolan” xəstəxanasında koxlear implantasiya əməliyyatı aparılmışdır. Mayın 18-i ilk öncə Türkiyənin İstanbul şəhərində yerləşən “Kolan” xəstəxanasına yerləşdirilmiş azyaşlı xəstəmiz daha sonra həmin xəstəxanada əməliyyat olunmuşdur. Əməliyyatı uğurla başa çatmış Murad Muradlının sonrakı müayinəsinin ardınca onun qulağına eşitmə cihazı yerləşdirilmişdir.
Müalicə üçün lazımi vəsaitin qarşılanmasını təmin edən “Nargis” Fondu və “Mediline Group Assistance” MMC assistanlıq xidməti təqdim etdiyi hər xəstədə olduğu kimi Murad Muradlı üçün də öz üzərinə düşən işlərin öhdəsindən uğurla gəlmişdir.
Müəllif: Mediline Group Assistance
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir