Qadınlarda Polikistik Yumurtalıq Sindromu (PCOS)
Опубликовано в:
| 2019-03-30
Polikistik Yumurtalıq Sindromu (PCOS) qadınların məruz qaldığı və cinsi hormonların tarazlığı nəticəsində yaranan xəstəlikdir. Yumurtalıqlar estrogen və progesterondan daha çox androgen ifraz etməyə başladığında meydana çıxır. Bu da öz növbəsində aybaşı dövründə yumurtahüceyrənin inkişafına və follikul partlamasına əngəl törədir.
Nəticədə qadında sonsuzluq meydana gəlir.
Bunlarla yanaşı yumurtalıqların üzərində “kista” adlandırılan kiçik ölçülü torbacıqlar əmələ gəlir. Bu hal, ovulyasiya müddətində müxtəlif dəyişikliklərə səbəb olduğu üçün polikistozlu qadınlar aybaşı pozğunluğu, cinsi zəiflik və həyat keyfiyyətini pozan digər problemlər yaşaya bilər. Bu xəstəlik əsasən gənc xanımlarda meydana gəlir. Lakin, yetkin qadınlarda da görülə bilər. İlk zamanlarda PCOS hər hansı bir əlamətlə özünü biruzə verməz. Ancaq müalicə olunmalı bir neçə əsas simptomu var.
Bu sindromun yaratdığı ciddi problemlər səbəbindən hər bir qadının bu xəstəlik haqqında daha geniş məlumat alması önəmlidir.
Müəllif: "Ginekoloq" Dr. Ramil Teymurov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir