Polikistik Yumurtalıq Sindromu (PCOS)
Опубликовано в:
| 2019-03-30
Polikistik Yumurtalıq Sindromu (PCOS) zamanı hər xəstədə kistləri götürmək ehtiyacı yaranmır. Bu xəstəliyi olan bir çox qadın cərrahi bir müdaxilə ilə yumurtalıqdakı kistlərin götürülməli olduğunu düşünür. Lakin, vəziyyət hər zaman belə olmur.
Kistlərin çoxu yetkinləşmiş olub, daha böyüməyəcək haldadır. Ultrasəs müayinəsi zamanı folikullar yumurtalığın kənarına mirvari dənələri kimi düzülmüş şəkildə görünür. Ciddi bir problem kimi düşünülsə də hər hansı bir təhlükə yoxdur.
Unutmayın, gərəksiz cərrahi müdaxilə, tam əksinə olaraq hamiləlik ehtimalını azalda və qadının birdəfəlik olaraq ana olma şansını sıfıra endirə bilər.
Kistlər bariz bir şəkildə hormonal balansı və aybaşı siklini pozsa da, bəlli üsullarla müalicə edilərək kontrol altında tutula bilər. Bu xəstəliyin müalicə üsulları hormonal tarazlığın pozulma şiddətinə görə dəyişə bilər. PCOS diaqnozu qoyulduqdan sonra bəzi ağırlaşmaların qarşısını almaq üçün düzənli şəkildə həkim müayinəsinə getmək lazımdır. PCOS müalicəsi uzun zaman və səbr tələb edir.
Müəllif: "Ginekoloq" Dr. Ramil Teymurov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir