Vaginal gigiyena
Опубликовано в:
| 2019-03-30
Vaginal gigiyena infeksiyalardan qorunmaq üçün son dərəcə gərəkli və önəmlidir. Hər qadın mütləq gigiyenaya riayət etməlidir. Quruluşca qadınlar infeksiyaya yoluxmağa daha yatqındırlar. Bu səbəbdən də tualet təmizliyi və genital baxım xüsusi əhəmiyyət daşıyır. Əgər axıntı qoxusuz və şəffafdırsa – bu normaldır. Yox əgər, qoxulu, sarı-yaşılımtıl və ya ağ rəngli kəsmiyəbənzər xarakterli olub, qaşıntı və qızartı əmələ gətirirsə - bu anormaldır.
Gigiyenada diqqətə layiq olanlar: Ən başda tualet təmizliyinə diqqət edilməlidir. Yuyunarkən normal sabun yerinə pH 5.5 olan sabunlardan və ya xüsusi intim gellərdən istifadə olunması tərcih edilməlidir. Uşaqlıq yolunun (vaginanın) tez-tez yuyulması məsləhət görülmür.
Yalnız cinsi əlaqə və menstruasiyadan (aybaşıdan) sonar uşaqlıq yolu yuyula bilər. Bunun üçün xüsusi duş mayeləri vardır ki, bunların içərisindən pH 5.5 olanlar tərcih olunur. Genital nahiyənin tüklərdən təmizlənməsində istifadə olunan epilyasiya vasitələri və ya digər ləvazimatlar təmiz və tək nəfərlik olmalıdır. Belə ki, epilyator və ülgüc istifadəsi dəridə mikrotravmalar yaradaraq infeksiyaların inkişafı üçün əlverişli bir şərait yaradır. Menstruasiya müddətində bezlər tez-tez dəyişdirilməli, vaginal tamponlar 3-4 saatdan artıq istifadə olunmamalıdırlar.
Alt paltarları başqalarıyla əsla paylaşılmamalı və hər gün dəyişdirilməlidirlər. Alt paltarları, “xüsusi” hallar xaricində, mütləq pambıq parçadan olmalıdır. İnfeksiya əlamətləri nəzərə çarpan kimi mütləq vaxt itirmədən müalicəyə başlamaq lazımdır. İctimai tualetlər əsas infeksiya yayılma yerləri hesab olunur. Bu səbəbdən bu tip yerlədə qapı dəstəyi, su kranı başlığı salfetlə tutlmalı və əsla bu salfet silinmək üçün istifadə olunmamalıdır. Ictimai nəqliyyadan istifadə olunmuşsa və ya evdən kənarda bir şeylərə toxunulmuşsa, əllər yuyulmadan genital bölgəyə toxunmaq məsləhət görülmür. Dar, sintetik paltarlar tərləməni artırdığı üçün infeksiya üçün şərait yaradır. Bu səbəbdən də uzun müddət dar paltar geyinməkdən qaçınmaq lazımdır.
Əziz xanımlar, bir neçə sadə gigiyenik qaydaya riayət etməklə genital infeksiyalardan uzaq ola bilərsiz!!!
Müəllif: "Ginekoloq" Dr. Ramil Teymurov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir