Hipofiz vəz - Prolaktinoma

Hipofiz vəz - Prolaktinoma

Опубликовано в: | 2019-03-29
Hipofiz vəz - Prolaktinoma, hipofiz vez prolaktinoma
Hipofiz vəzdə olan adenomlardan biri - Prolaktinomadır. Südün yaranmasını təmin edən Prolaktin hormonunu ifraz edən hüceyrələrin törəməsinə Prolaktinoma adı verilir. Prolaktinomanın mövcudluğu Sonsuzluq sayılsada, bu səhv fikirdir. Prolaktinoma - qadınlarda, aybaşı nizamsızlığı və ya aybaşıdan kəsilmə, süd vəzidən süd ifrazı (əmzirmə dönəmi olmadan), süd vəzilərində ağrı, gərginlik, hamilə qala bilməmək, cinsiistəksizlik kimi şikayətlərə yol açır. Prolaktinoma qadınlarda kişilərə nisbətən daha sıx rastlanır.
Kişilərdə prolaktinoma - cinsiistəksizlik, gücsüzlük, süd vəzilərinin böyüməsi, sonsuzluq ilə özünü göstərir.
Qadınlarda aybaşı tsiklinin pozulması, kişilərdə cinsi istəksizlik və gücsüzlüklə müşahidə olunduğu üçün, hamiləliyə əngəl olur və prolaktin hormonunun yüksəkliyi ilə ortaya çıxan Prolaktinoma SONSUZLUQ problemi kimi tanınır. Halbuki, düzgün diaqnostika və müalicələrdən sonra istər kişidə, istər qadında övlad sahibi olma funksiyasını bərpə etmək mümkündür.

Müəllif: "Endokrinoloq" Dr. Rövşən Həsənov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan