Akustik travma (акutravmа)

Akustik travma (акutravmа)

Опубликовано в: | 2019-03-26
Akustik travma (акutravmа)
Akustik travma (акutravmа)​ – həddindən artıq güclü səs və ya küyün birdəfəlik və yaxud daimi təsiri​ nəticəsində daxili qulağın zədələnməsidir.
Kəskin akutravmanın əsas əlamətlərinə qulaqlarda qəfil yaranan, tədricən azalan ağrı və uğultu aiddir. Xroniki zədələnmə isə eşitmə itiliyinin azalması, qulaqlarda diskomfort və küy, yuxu pozğunluğu, yorğunluqla təzahür edir. Diaqnostik proqrama anamnestik məlumatlar və şikayətlərin toplanması, otoskopiya, nitq müayinəsi, tonal audiometriya daxildir.

Akustik travma zamanı proqnoz zədələnmənin formasından asılıdır. Yüngül dərəcəli kəskin travmalarda eşitmə itiliyi tamamilə bərpa olunur. Ağır kəskin və ya xroniki akutravma zamanı müxtəlif dərəcəli geridönməyən eşitmə zəifliyi inkişaf edir. Profilaktik tədbirlərə məişət və istehsalat şəraitində təhlükəsizlik qaydalarına riayət, xüsusi qulaqcıqlardan istifadə, səsin izolyasiya olunduğu məkanlarda işləmək aiddir. Səs-küylü şəraitdə çalışan şəxslərə müntəzəm şəkildə profilaktik baxış keçirilməsi eşitmə zəifliyinin qarşısının alınmasında mühüm rol oynayır.

Müəllif: "Lor" Dr. Natəvan Abuşeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan