Ginekoloji xəstəliklərə səbəb olan hisslər

Ginekoloji xəstəliklərə səbəb olan hisslər

Опубликовано в: | 2019-03-25
Ginekoloji xəstəliklərə səbəb olan hisslər
Güclü mənfi emosiyalar sağlamlığa mənfi təsir edir. Qadınlarda belə emosiyalar bir çox ginekoloji problemlərə səbəb ola bilər. Ginekoloji xəstəliklərin gizli psixoloji səbəblərini sizə təqdim edir.

Endometrioz 
Bu xəstəlik təşviş və həyəcana meyilli olan, sevinə bilməyən, həyatdan zövq almağı bacarmayan qadınlarda inkişaf edir. Öz yaxınlarına qarşı olan uzun inciklik, depressiyaya meyillilik və pis əhval-ruhiyyə uşaqlıq miomasının inkişafına gətirib çıxarda bilər. Belə psixoloji durum maddələr mübadiləsi və hormonal fonunun dəyişikliklərinə səbəb olur. 

Yumurtalığın kistası 
Psixoloqların araşdırmaları göstərib ki, bu xəstəlik həddindən artıq qorxu nəticəsində yaranır. Ən geniş yayılan forması "Məni sevmirlər" qorxusudur. Qısqanclıq, tənhalıq qorxusu və insanlarla münasibətləri daim aydınlaşdırmaq istəyi də bu xəstəliyin yaranma səbəblərindən biridir. 

Ağır klimaks
Həyatlarından narazılıq, natamamlıq kompleksi, illərlə yığılan yorğunluq və öz maraqlarına laqeyd yanaşma vərdişi qadınların klimaks dövrünü ağır keçirməsinə səbəb olur. Odur ki, sağlam olmaq istəyirsinizsə mənfi emosiyaları və fikirləri həyatınıza buraxmayın, həyatdan zövq almğa çalışın.

Müəllif: Həkim cərrah "Mama Ginekoloq" Talıb Səmədov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan