Medulyar tiroid xərçəngi

Medulyar tiroid xərçəngi

Опубликовано в: | 2019-03-25
Medulyar tiroid xərçəngi, medulyar tiroid xercengi, xerceng xesteliyi
Medulyar tiroid xərçəngi- endokrinoloqların digər qalxanabənzər vəzi xərçənglərinə nisbətən daha az rast gəldiyi, amma qarşılaşdıqda ətraflı araşdırma tələb edən bir xərçəng növüdür.
Qalxanabənzər vəzin kalsitonin sintez edən parafollikulyar hüceyrələrindən əmələ gəlir və bütün tiroid xərçənglərinin 4-5 % -i təşkil edir. Əsasən orta yaşlı qadınlarda daha sıx rast gəlinsə də, ailəvi formaları gənc yaşlarda da görülə bilir. Qalxanabənzər vəzidə böyümüş törəmə ilə ortaya çıxır və lokal invaziya göstərirsə udqunma zamani diskamfort, səs kallaşması şikayətləri ilə həkimə müraciət edilir.
Diaqnozu tiroid düyünündən edilmiş biopsiya, qanda yüksəlmiş kalsitonin, CEA vasitəsi ilə qoyulur. Medulyar tiroid xərçəngi diaqnozu təsdiqlənmiş xəstədə ailənin digər üzvləri mütləq yoxlanmalı və yanaşı olaraq MEN-2A, MEN 2-B endokrin sindromlara görə daha dərindən araşdırılma aparılmalıdır!

Müəllif: "Endokrinoloq" Dr. Nadirə Ağazadə


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan