Yumurtalığın yırtılması (yumurtalığın apopleksiyası)
Опубликовано в:
| 2019-03-25
Yumurtalığın toxumasının qəfil yırtılması "yumurtalığın apopleksiyası" adlandırılır. Bu patologiya təxminən 45-50 yaşına kimi olan qadınlarda (klimaks dövrünə kimi) inkişaf edə bilər. Bir çox hallarda apopleksiya qarın boşluğuna qanaxma ilə və ağrılarla müşayiət olunur. Daxili qanaxma arterial təzyiqinin kəskin enməsi, nəbzin artması, halsızlıq, ağızda quruluq, güclü susuzluq, bayılma kimi simptomlarla özünü büruzə verir. Ağrılar adətən qarının aşağı hissəsində (bir çox hallarda zədələnmiş yumurtalığın tərəfində) hiss olunur. Bəzən qadında qanlı ifrazatlar ola bilər.
Lakin bəzi hallarda bu simptomlar (qanaxma və ağrılar) olmaya da bilər (patologiyanın yüngül formalarında).
Sağ yumurtalığın yırtılması daha tez hallarda baş verir. Məsələ burasındadır ki, sağ yumurtalıq sol yumurtalıqla müqayisədə qanla daha bol təchiz olunur.
Normada menstrual dövrünün əvvəlində yumurtalıqlardan birində (sağda və ya solda) dominant follikul yetişməyə başlayır. Dominant follikul böyüdükcə yumurtalığın bu yerdə olan divarı dartılır və nazilir. Nəticədə ovulyasiya zamanı dominant follikulun qışası və yumurtalığın divarının kiçik hissəsi yırtılır və yumurta hüceyrəsi mayalanma üçün spermatozoidlə "görüşə çıxır". Follikulun yerində isə sarı cisim əmələ gəlir.
Yumurtalığın divarının yırtılması yerində kiçik qansızma baş verir və bu "yara" tez bir zamanda sağalır.
Müəllif: Həkim cərrah "Mama Ginekoloq" Talıb Səmədov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir