Pubertal jinekomastiya

Pubertal jinekomastiya

Опубликовано в: | 2019-03-25
Pubertal jinekomastiya
Yeniyetmə oğlanlarda cinsi yetkinlik periodunda tez-tez rast gəlinən hallardan biridir. Tək vəya cüttərəfli məmədəki qlandulyar toxuma proliferasiyasıdır.
Əmələ gəlmə mexanizmi olaraq, normalda balans içində olan estrogen(qadın cinsi hormonu) –testosteron(kişi cinsi hormonu) balansının pozulması və məmə toxumasının estogenlərə həssaslığının artması qəbul olunur. Cinsi yetkinliyin başlanğıcında hipofizdən ifraz olunan hormonlar testosteron sintezini yalnız gecələr artırmaqda olur. Bu səbəbdən günün digər saatlarında qanda testosteron səviyyəsi aşağı olur. Nəticədə estogenlərin məmə üzərinə təsiri daha çox olur.

Cinsi yetkinliyin ilərləyən illərində bu hal düzəlir.
Artıq çəkili uşaqlarda da jinekomastinin rastgəlmə tezliyi daha çoxdur. Jinekomasti ilə kök uşaqlarda rastlanan psevdojinekomasti ayırd edilməlidir. İkincidə areol ətrafı süd vəzi toxuması palpə edilmir, lipomasti olaraq dəyərləndirik.
Pubetal jinekomasti hər nə qədər normal inkişafın bir variantı olaraq qəbul edilsə də, bir çox patoloji hallarla differnsial diaqnostikası aparılmalıdır.

Uşaqlıq və yeniyetmə periodunda rast gəlinən jinekomastiya adrenal vəya testikulyar tumor, hCG ifraz edən tumor, biricili vəya ikincili hipogonadizm, androjen duyarsızlıq sindromu, hipertiroidizm kimi patoloji səbəblərə də bağlı ola bilər.
Xüsusən də, jinekomasti cinsi inkişafdan daha erkən dövrdə başlayıbsa, ikinci cinsi əlamətlərin olmaması (qasıq və qolaltı tüklənmə, xaya həcminin və penis uzunluğunun artmamasi) hallarında detallı laborator müayinələr lazımdır.

Daha çox pubertanın 2-3 dövründə,yəni 13-14 yaşlarında rast gəlinir və 75% hallarda 12-18 ay içərisində geriləyir. Çox vaxt müalicə tələb etmir.
Glandulyar toxuma ölçüsü 4 sm-dən kiçiksə sadəcə olaraq nəzarət lazımdır.
Glandulyar toxuma 4 sm-dən böyüksə və hələ məmə inkişafının florid mərhələsindədirsə(əl ilə toxunanda həssaslıq varsa) dərman müalicəsi aparılmalıdır.
Bəzi xüsusi hallarda isə cərrahi müdaxilə tələb oluna bilər.

Müəllif: "Pediatr-endokrinoloq" Dr. Ləman Sultanova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan