Metabolik Sindrom

Metabolik Sindrom

Опубликовано в: | 2019-03-25
Metabolik Sindrom
Müasir həyat tərzi və qeyri-sağlam qidalanmanın nəticəsidir ki,artıq yetişkinlərdə görülən bir çox xəstəliklər “cavanlaşıb”. Öncələri yalnız, 40, 50 yaş şəxslərdə rastlanan Metabolik sindrom, əfsusslar olsun ki, artıq uşaqlarda da sıx-sıx rastlanır. Beynəlxalq Diabet Federasiyasının (IDF) 10-16 yaş uşaqlar üçün Metabolik sindrom kriteriyalarını müəyyənləşdirmişdir: yaşa, cinsə görə müəyyənləşdirilmiş bel çevrəsinin >90 persentil olması vəya BKİ(bədən-kütlə indeksi) >95 persentil olan və abdominal piylənməsi( qarın nahiyyədə piylənmə) olan uşaqlarda aşağıda sadalanan əlamətlərdən daha ikisinin də olması:
1)Qanda triqliserid >150 mg/dl
2)HDL <40 mg/dl
3)Arterial təzyiq; sistolik>130 mmHg vəya diastolik >85 mmHg
4)Aclıq plazma qlükozu >100 mg/dl vəya tip2 diabet mövcudluğu 

Hörmətli Valideynlər,çox təəssüf ki, çoxlarınız ailədə, nəsildə artıq çəkili insanların çox olduğunu görüb, düşünürsüz ki, uşaqda genetikdi, heç nə edə bilmərəm. Lakin, bu belə deyil. Ailədə, nəsildə artıq çəkili, daim yüksək təzyiqli, diabetli fərdlər varsa, gənc yaşlarda erkən ölüm halları varsa, belə uşaqlara daha diqqətlə yanaşıb,vaxtında, gec olmadan erkən müdaxilələr edilməlidir!

Müəllif: "Pediatr-endokrinoloq" Dr. Ləman Sultanova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan