Hamiləlik haqqında maraqlı faktlar
Опубликовано в:
| 2019-03-16
Hamiləlik zamanı qadınlar iyləri və dadları daha yaxşı hiss etməyə başlayır. Bu müdafiə mexanizmidir. Bunun əsas məqsədi ananın orqanizmini keyfiyyətsiz, xarab, ziyanlı maddələrdən qorumaqdır ki, zəhərlənmə baş verməsin.
Maraqlıdır ki, hamilə qadınların rənglərə qarşı olan həssalığı da artır. Belə ki, çox parlaq rənglər (parlaq qırmızı, narıncı) qadında başgicəllənməsi tutmasına və hətta qusmaya səbəb ola bilər.
Hamiləlik zamanı qadınların bir çox hissəsində tez-tez burun tutulur. Bu hamiləlik zamanı selikli qişalarda olan dəyişikliklərlə bağlıdır.
Hamiləlik zamanı qadının təfəkküründə də müəyyən dəyişikliklər baş verir. Belə ki, riyazi funksiyalar, yaddaş ciddi zəifləyir. Bu da hamilə qadının orqanizmində gedən proseslərlə bağlıdır və doğuşdan sonra vəziyyət tez bir zamanda düzələcək.
Müəllif: "Ginekoloq" Dr. Fəxranə Hüseynzadə
Müəllif: "Ginekoloq" Dr. Fəxranə Hüseynzadə
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir