Uşaqlığın sallanması

Uşaqlığın sallanması

Опубликовано в: | 2019-03-16
Uşaqlığın sallanması
Uşaqlığın sallanması – çanaq orqanlarının prolapsının (yerdəyişməsi, sallanması) bir formasıdır. O, uşaqlığın vəziyyətinin pozulması ilə xarakterizə olunur: orqan uşaqlıq yolunun girişinə qədər yerini dəyişir və hətta ondan da aşağı düşür. 
Normada uşaqlıq yolu və boynu geriyə, cismi isə qabağa əyilərək önə açılan bucaq əmələ gətirir. Uşaqlıq yolunun ön divarına sidik kisəsi bitişir, uşaqlıq boynu və yolunun arxa divarı isə düz bağırsağa söykənir. Sidik kisəsinin, uşaqlığın cismi və düz bağırsağın yuxarı divarları peritonla örtülüdür. 
Uşaqlıq çanaq boşluğunda öz bağ aparatı və aralıq əzələləri hesabına durur. Bu elementlərin zəifliyi olduqda onun sallanması və ya düşməsi baş verir. 
Xəstəliyin 4 dərəcəsi ayırd edilir. 
1. Uşaqlıq boynunun xarici dəliyi vaginanın ortasına qədər düşür. 
2. Uşaqlıq boynu uşaqlıq cismi ilə birgə vaginanın girəcəyinə qədər düşür, lakin xaricə çıxmır. 
3. Uşaqlıq boynunun xarici dəliyi vaginadan çölə çıxır, cismi isə yuxarıda qalıb xaricə çıxmır. 
4. Uşaqlığın aralıq nahiyəsinə tam düşməsi.

Müəllif: "Ginekoloq" Dr. Fəxranə Hüseynzadə




Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan