Böyrək daşlarının müalicəsi

Böyrək daşlarının müalicəsi

Опубликовано в: | 2019-03-14
Böyrək daşlarının müalicəsi
Böyrəklər –poriton arxasi sahade yerləşir. Böyrəklər arterial təzyiqin normada saxlanmasında böyuk rol oynayır, sümük toxumasının yaranmasında iştirak edir.

Bütün bunlar böyrəyin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə səbəb ola bilər. Böyrək daşı xəstəliyi – geniş yayılmış xəstəliklərdən biridir. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Böyrəkdə daşın əlamətləri – ağrı (böyrək sancısı), sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır.

Ağrı davamlı ya da təkrarlanan ola bilər. Böyrək daşları hərəkət edib sidik yollarına və sidik kisəsinə düşə bilər. Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələyir və xəstədə dözülməz ağrılara səbəb olur. Əsas müalicə metodları – konservativ (dərmanların köməyi ilə) müalicə metodu və cərrahi metoddur.Konservativ metod daşların ölçüləri 3-5 mm qədər olduqda istifadə oluna bilər.

Xəstəyə xüsusi dərman preparatları, fizioterapiya, fitoterapia (otlarla müalicə), pəhriz təyin olunur. Əgər ən böyük daşın ölçüsü 5 mm-dən böyükdürsə müxtəlif cərrahi üsullar tətbiq oluna bilər. Bu üsulların arasında ən az travmatik üsul – distansion-dalğalı litotripsiya.Xüsusi cihaz (litotriptor) vasitəsilə elektromaqnit şüaları böyrəklərdə olan daşları xırdalayır. Sonra xırdalanmış daşlar sidiyin axarı ilə xaric olunur. Daş böyük olduqda və ya litotripsiya lazım olan effekt vermədikdə cərrahi əməliyyat təyin olunur.

Müəllif: Cərrah Dr. Mehriban Məlikova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan